Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mən Arif bəyin üzr istəyəcəyinə əminəm” – ReAl-ın icraçı katibi

Tarix 11.04.19, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Şura və ReAl Partiyasının təmsilçiləri qarşılıqlı ittihamlar səsləndirməkdə davam edirlər.

“Report” xəbər verir ki, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli “Facebook” sosial şəbəkəsindəki hesabında sabiq səfir Arif Məmmədovu “ReAl funksionerləri – Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər” iddiasına görə üzr istəməyə çağırıb: “Hörmətli Arif Məmmədovla debat vaxtı dedi ki, ya həftənin 1-ci, ya da 2-ci gün həmin o mifik personajla əlaqə saxlayıb dəqiqləşmələr aparacaq. Bu gün artıq 3-cü gündür, heç bir məlumat yoxdur. Mən Arif bəyin alicənablıq göstərəcəyinə, üzr istəyəcəyinə əminəm. O ki qaldı əllərinə “satqınlıq” möhrünü alanlara, məlum oldu ki, əllərindəki möhür deyil… Mən bu məsələyə öz “peçatımı” vurub bağladım…”.

Milli Şuranın tərəfdarı olan A.Məmmədov isə ona cavab olaraq yazıb ki, bu barədə məlumat yayacaq: “Dünən canlı yayımda rus dilində bu məsələyə aydınlıq gətirmişdim və bir azdan sonra Azərbaycan dilində də öz səhifəmdə məlumat yayacağam. Eyni zamanda Sizdən xahiş edərdim ki, tərəfdaşlarınızı mənə və cəmiyyətimizdə hörmət sahibi olan digər ziyalılarımıza qarşı ədəbsiz ifadələr yazmaqdan çəkindirəsiniz…”

N.Cəfərli isə yazıb ki, ədəbsizliyə qarşıdır, elə şərhləri silməyə çalışır, amma yoxlanılmamış məlumatlar da yaymaq da doğru deyil.

Milli Şuranın tərəfdarlarının bəziləri də ReAl-ı hakimiyyətdə işləməkdə ittiham ediblər. Partiya isə bunu şər-böhtan adlandırıb.



Xəbərin oxunma sayı : 181




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap