|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Mən bu dövlətin qurucularındanam, siz kimsiniz?”– Əli İnsanov yenə “od püskürdü”
Tarix 13.04.17, 5:17 |
|
“Heydər Əliyev xalqa, mən də ona lazım idim”
Əli İnsanovun aprelin 12-də Qaradağ rayon Məhkəməsidə cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə zalında sadəcə olaraq 6 nəfərin iştirakına icazə verilib. Əli İnsanovun qardaşları prosesə girməyərək, jurnalistlərin iştirak etməsini istəyiblər.
Kiçik məhkəmə zalında dəmir barmaqlıqlar arxasında əyləşən Ə.İnsanov kostyumda, qalustukda, ayağını ayağının üstünə aşıraraq prosesin gedişatını izləyib. 3 saata yaxın davam edən prosesdə Əli İnsanov hər dəfə söz istəyəndə ayağa qalxıb, pencəyini düymələyərək çıxışa başlayıb.
Məhkəmənin gedişində ilk olaraq prokuror ittiham aktını elan edib.
İttihama görə, ötən il, 23 avqustda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən 13 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb. Bu zaman Əli İnsanova məxsus yorğanın olduğu çantadan şüşə qabda dərmanlar, soyuducudan da bir torba dərman tapılıb. Məlum olub ki, o əşyaların olduğu yer Əli İnsanova məxsusdur. Həmin yerin açarı olub. Əli İnsanov orada şəxsi əşyalarını saxlayırmış. Ekspertiza zamanı məlum olub ki, dərmanların tərkibində narkotik maddə və psixotrop maddələr var. Axtatış zamanı 142 ədəd şüşə bankadan, 60 ədəd də soyuducudan dərman tapılıb, protokollaşdırılıb.
İttihamda qeyd edilir ki, Ədliyyə Nazirliyinin əməkdaşları protokol tərtib edərkən Əli İnsanovu çağırıblar. Əli İnsanov əvvəlcə protokolu cırıb, daha sonra ədliyyə işçisi Anar Məmmədovun yaxasından tutub və itələyib. A.Məmmədov başı qapıya dəyib. Yıxılıb, huşunu itirib, baş-beyin silkələnməsinə səbəb olan xəsarət alıb.
Hakim sabiq səhiyyə naziri Ə.İnsanovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.
Əli İnsanov ittihama münasibət bildirərkən belə deyib: “Mən bütün böhtanları eşitdim, nədə ittiham olunduğumu bliirəm. Qondarma ittihamdır. Mən qətiyyən özümü bu ittihamlar üzrə təqsirli bilmirəm”.
Bundan sonra Əli İnsanov sərbəst ifafə vermək təklif edilib.
Geniş çıxışı zamanı İnsanov bunları deyib: “Təbii ki, məhkəmənin gedişindən narazıyam. Mənə qarşı irəli sürülən bütün ittihamları rədd edirəm. Hamısı yalan və quramadır. Necə də təəssüf edirəm ki, hər yerdə olduğu kimi, burada da dövlətin qanunları tapdalanır. Biz ötən iclasda üç vəsatət verdik, vəkillərimin ağzından söz çıxmamış vəsatətlər rədd edildi. Heç bir əsaslandırma olmadan. Axı siz vəsatətlərin hansı əsasla rədd edildiyini mənə izah etməli idiniz, qanunla əsaslandırmalıydınız. Ancaq bir kəlmə “vəsatət rədd olunur” deməklə kifayətləndiniz.
Keçən iclasda verdiyimiz üç vəsatətdən ən əsası mənim ev dustaqlığına buraxılmağım haqda idi. Bu da digərləri kimi təmin olunmadı. Prezidentin də sərəncamı var ki, bu maddələrlə ittiham olunanda alternativ qətimkan tədbirləri seçmək olar. Amma siz prezidentin sərəncamına da əməl etmədiniz. Mənim üçün 15 gün evdə qalıb yenə həbsxanaya qayıtmaq elə böyük bir şey deyil. Sadəcə, qanunların bu şəkildə tapdalanmasına təəssüflənirəm.
Bunu hamı bilsin ki, mən dövlətin və dövlətçiliyin müxalifi deyiləm. Mən bügünkü hakimiyyətin müxalifiyəm. Məhkəmədən də xahiş edirəm ki, bunları qarışdırmayın. Dövlətin qanunları tapdalanır, mən buna etiraz edirəm. Buna görə mübarizə aparıram”.
Əli İnsanov çıxışında ailəsinə qarşı edilən təzyiqlərdən də danışıb: “Mənə olan münasibət bəllidir. Mən hər şeyi yaxşı görürəm, yaxşı başa düşürəm. Mənim ailə üzvlərimin ölkədən çıxışına qadağa qoyulub, işlə təmin olunmasına imkan verilmir. Mənim müəllifi olduğum kitabların ölkəyə gətirilməsinə icazə verilmir, gətirilən kitablar gömrükdə saxlanılıb. Mənim “İnsanovin” dərmanının satışından əldə etdiyim gəlirlərə, qonorara həbs qoyulub. Məhkəmə dərmana görə köçürülmüş 1 milyon yarım qonorarın olduğu hesaba qanunsuz olaraq, həbs qoyub. Mənim o qədər qonorarım olduğu halda, indi cibimdə pulum yoxdur. Mənə olan münasibət Hitlerin ölüm düşərgəsindəki əsirlərə olan münasibətidir”.
Hakim və prokuror bir neçə dəfə Əli İnsanova xəbərdarlıq edərək işin mahiyyəti üzrə danışçasını tələb ediblər. Ə.İnsanov isə kimlərinsə onun çıxışından narahat olduqlarını deyərək etiraz edib və sözünü davam etdirib.
Daha sonra Ə.İndanov cəzaçəkmə müəssisəsində baş verən hadisə haqda danışıb: “Bunu kim və necə izah eləyə bilər, necə oldu ki, mən 70 yaşımda narkoman oldum? Bununla siz nə demək istəyirsiz? Ölkəni narkomanlar idarə edir? Əgər belədirsə, o zaman bir qərar çıxarın, yoxlayın, bəlkə məndən başqa da 5-6 nəfər narkoman var?
Ağır şəraitdə saxlanıldığım haqda geniş danışmaq istəmirəm. Bu, bəllidir. Necə oldu ki, mən müəssisəyə narkotik gətirtdim, keçirtdim və bundan da heç kimin xəbəri olmadı? Bütün bunların hamısı düşünülmüş fantaziyadır. Necə oldu ki, mənim qaldığım yerdən yox, mənim yatağımdan yox, başqa yerdən mənim olduğu deyilən dərmanlar çıxdı? Mənim dərmanlarım orada nə gəzirdi? Bunun izahatı verilməlidir? Olmazdımı ki, o dərmanlar aşkarlananda, protokol tərtib ediləndə mən də orada olaydım? Ədliyyə Nazirliyinin Baş İdarəsindən gələn iki mayor müəssisədən narkotik tapır. Amma həmin müəssisənin əməliyyatçısını, mayorunu işdən çıxarmırlar, cəzalandırmırlar, əksinə, ona rəis vəzifəsi verirlər. Həmin müəssisədə hər gün “şmon” olur, necə ola bilər ki, mən narkotik saxlamışam, indiyə qədər bunu tapa bilməyiblər.
Bu zərərçəkmiş Anar Məmmədov mənim dostum olmuş Gülməmməd Məmmədovun (Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini. Həbsdə olub və bir müddət əvvəl dünyasını dəyişib – İ.M) oğludur. Onunla çox yaxın münasibətlərim olub. Rəhmətliklə qardaş kimi idik. İndi gözlərimə inana bilmirəm. Mən Anarı qınamıram. Şüurlu şəkildə bu işə gedib, özü bilər, nə edir, etsin. Yəqin, ona da vəzifə verəcəklər”.
Prokuror Əli İnsanovun çıxışına müdaxilə edərək mahiyyəti üzrə danışmasını istəyib.
Əli İnsanov isə “mən bu dövlətin qurucularından biriyəm, siz kimsiniz ki, mənə çıxış etməyə icazə vermirsinz”deyə prokurora etiraz edib.
Prokuror isə “bu dövləti bizim babalarımız, böyüklərimiz qurub” deyə İnsanova cavab verib.
Əli İnsanov: “Mən dövlətçiliyə xidmətdən danışsam, siz mənim dediklərimin yanında cılız qalarsız. Mən Heydər Əliyevə kömək elədiyimə görə heç vaxt peşman olmamışam. O, xalqa, mən də ona lazım idim. Ümumiyyətlə etdiklərimin heç birinə görə peşman deyiləm“.
Əli İnsanov daha sonra yenidən mövzuya qayıdaraq ədliyyə işçisinə xəsarət yetirməsi haqda deyilənlərdən danışıb: “Mən atletəm ki, o boyda məsafədən tullanıb, Anarın əlindən protokolu alıb cırım, sonra da ona yumruq atım? Axı mən protokolu niyə cırım? Mən bilmirəm ki, onu cırsam, yenisini tərtib edəcəklər? Guya o qədər adamın işində hamının əlindən çıxıb Anar Məmmədovu itələmişəm. Anar Məmmədov canlı-cüssəli adamdır, iki-üç dəfə məndən böyükdür. Mən Brus Li, Cek Çan, Məhəmməd Əliyəm ki, onu həm yıxım, həm protokolu cırım, mənim zərbəmdən qapıya dəyib yıxılsın?”.
Məhkəmənin davamında zərərçəkmiş kimi tanınan Anar Məmmədov ifadə verib.
O, deyib: “Axtarış-baxış əməliyyatları bizdə rüblük keçirilir. Biz yataqxanalara baxış keçirdik. Sonra 10-15 metr məsafədə bağlı, boş bir otaq vardı, ora baxış keçirmək istədik. Müəssisənin əməkdaşlarından soruşduq ki, qapı niyə bağlıdır?
Məhkumlardan biri dedi ki, bura Anarındır. Biz müəssisə əməkdaşlarına tapşırdıq ki, Anar Təhməzovu çağırsınlar. Gəldi, dedi ki, orada həm onun, həm də Əli İnsanovun əşyaları var. Axtarışa başladıq. Dörd çanta var idi. Orada Anar dedi ki, ikisi onun, ikisi isə Əli İnsanovundur. Çantaların birinin içində yorğan vardı, onun arasından şüşə qab çıxdı, içində dərmanlar vardı. Bunları protokollaşdırdıq. Əli İnsanovu çağırmaq istədik, dedilər, vəkili ilə görüşdədi. Sonra Əli İnsanov rəisin otağının yanındakı boş otağa gətirildi. Bildirdi ki, əşyalar onundu, amma şüşə qabdakı dərmanlar ona məxsus deyil. Protokolu tərtib edəndə Əli İnsanov protokolu cırdı, məni itələdi, poqonuma əl atdı, cırdı. İtələyəndə başım taxta qapının tininə dəydi, huşumu itirib, yerə yıxıldım. 30-35 gün xəstəxanada müalicə aldım”.
Prokuror və vəkillər zərərçəkmişə suallar verib.
Əli İnsanov da zərərçəkmiş şəxsə suallar verib:
Ə.İnsanov: Necə oldu mən səni vuranda heç kim müdaxilə etmədi?
A.Məmmədov: Anidən oldu.
Əli İnsanov sual verərkən çıxışına bunları əlavə edib: “Guya mən bunu vurdum. Ondan sonra rəis mənimlə bağlı göstəriş verdi ki, əlimə qandal vurub, karsa aparsınlar. Bu zaman Anar qarşımda dimdik dayanmışdı. Yadınızda saxlayın ki, Əli İnsanov nə sınandı, nə də kiməsə baş əyəndi. Bilin, agah olun. Səlahiyyətli bir nəfər mənə bir ismarıc göndərmişdi. İsmarıcda deyilir ki, ehtiyatlı ol, sənə qarşı sui-qəsd olacaq. İsmarıcı göndərən adama çatdırdım ki, narahat olmasın, Əli İnsanov yaşamaq üçün yox, mübarizə aparmaq üçün yaşayır”.
Prosesdə Ə.İnsanovun vəkilləri Anar Məmmədova sual verdilər ki, cəzaçəkmə müəssisəsində məhkumun özü üçün açarlı otaq saxlamağa ixtiyarı varmı?
Anar Məmmədov belə cavab verdi: Bunu müəssisənin rəhbərliyindən soruşmaq lazımdır.
Vəkil: Siz necə qərara gəldiniz ki, hal şahidi lazımdır?
Anar Məmmədov: Bağlı otağa girdiyimizə görə şübhələr yarandı, ona görə elə hal şahidlərinin iştirakı ilə baxış keçirdik.
Əli İnsanov sual-cavaba müdaxilə edib: “Mənim olduğu iddia olunan şüşə qabda əl izimin olub-olmadığını müəyyənləşdirmək üçün niyə ekspertiza keçirilmədi? Niyə məndən qan analizi götürülmədi ki, mən o maddələrin istifadəçisiyəm, yoxsa yox? Anar Məmmədov, sənə deyim, bir də belə hal olsa, biləsən. Sənin huşun gedibsə, əksinə təzyiq düşməlidir.
Cənab hakim, bu işin necə qurulduğunu görürsünüzmü, buna necə münasibət bildirəcəksiniz?
Bu adam deyir ki, guya mənə deyəndə ki, özünü təqdim elə deyəndə, cavab vermişəm ki, neçə illər nazir olmuşam, məni hamı tanıyır. Mən heç nazir olanda da özümə “cənab nazir”, yaxud “akademik İnsanov” deyilməsinə imkan verməmişəm”.
Əli İnsanov zərərçəkmiş Anar Məmmədova daha bir sual ünvanlayıb: “Siz müəssisəyə gələndə niyə sual vermədiniz ki, dövlət çevrilişinə cəhd edən adama ayrıca otaq hansı səbəbdən ayrılıb? Müəssisədən narkotik tapmısız, təqdimat yazmısınızmı ki, bu maddə necə keçib?”
Anar Məmmədov birinci suala cavab verməyib. İkinci suala isə belə cavab verib: “İstintaq gedir, nəticəsi məlum olacaq”
Növbəti şahid qismində isə Anar Təhməzov da dindirilib. A.Təhməzov Əli İnsanovun əşyalarını saxladığı deyilən otağa nəzarət edirmiş.
O ifadəsində bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay həbs cəzası alıb: “Əli İnsanovla müəssisədə tanış olmuşam. Mənə təklif elədi ki, onun işlərini görüm, çayını qızdırım, dərmanlarını gətirim və s. Ayda da mənə 30 manat təklif etdi. İmkanım olmadığına görə razılaşdım”.
Şahid Təhməzov zərərçəkmiş Anar Məmmədovla eyni məzmunlu ifadə verib.
Daha sonra isə bildirib ki, cəzasının başa çatmasına 1 il 7 ay qalmış Novruz bayramında əfv olunaraq, azadlığa buraxılıb.
Əli İnsanov Anar Təhməzova sual verib: “Səni təbrik edirəm, azadlığa çıxmısan. Narahat olma, kef elə. Bir yerdə o qədər çörək yemişik ki… Hamısı halal xoşun olsun. Anar Təhməzov, o şüşə qabı ora kim qoymuşdu? Bəlkə elə səni həbsdən buraxmaq şərti ilə özünə qoydurublar ora?”
Anar Təhməzov: “Mən qoymamışam. Bilmirəm”.
Daha sonra şahid Rövşən Salahov ifadə verib. Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan E.Salahov bildirib ki, 2011-ci ildən həmin cəzaçəkmə müəssisəsindədir. O da Anar Təhməzova bənzər ifadə verib.
Əli İnsanov bildirib ki, onun üzünə dayanan, əleyhinə ifadə verənlərin hamısı hansısa şəkildə mükafatlandırılıb – ya həbsdən buraxılıb, ya da vəzifə verilib.
Növbəti şahid həbsdə olan Əliyev Şünas olub. O, da Rövşən Salahov kimi hal şahidi olub. Onunla eyni məzmunlu ifadə verib. Ardınca Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində rejim rəisi Füzuli İsmayılov ifadə verdi. O, Anar Məmmədovla tamamilə eyni cür ifadə verdi.
Prosesdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev də ifadə verdi.
Digər şahidlərin dediklərindən əlavə olaraq A.Hacıyev ifafəsində bunları bildirib: “Axtarış aparılanda Əli İnsanov mənim otağımda idi. Bir gün əvvəl siqaretə görə məhkum Vüqar Babayevlə aralarında mübahisə olmuşdu, onu aydınlaşdırmaq üçün çağırmışdım. Müəssisə rəisi onu da əlavə edib ki, Anar Məmmədova xəsarət yetirəndən sonra Əli İnsanova 7 gün kars cəzası verilib.
Əli İnsanov isə müəssisə rəisinə sual vermək istəməyib: “Mən Azər Hacıyevə heç bir sual vermək istəmirəm. Çünki mənə qarşı qurulan bu oyunun əsas iştirakçılarından biri o idi”.
13 saylı cəzaçəkmə müəssisənin nəzarətçisi Ramal Hüseynəliyev də ifadə verdi. O, digərləri kimi eyni məzmunlu ifadə verib.
Növbəti şahif məhkum Zöhrab Nəbiyev olub. O, hazırda 17 saylı müəssisədə cəza çəkir.
O ifadəsində deyib: “Əvvəllər Əli İnsanovun işlərini mən görürdüm. Mən də onda elə dərmanlar görmüşdüm, soruşdum bu nədir, dedi ki, sənlik deyil”.
Növbəti məhkəmə prosesi aprelin 19-da davam edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı(musavat.com).
Xəbərin oxunma sayı : 1327
Gündəm
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV