“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Mən düzgün yolu tutmuşam“ - Hacı Allahşükür Paşazadə

Tarix 22.08.19, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün tədbirdə söylənən fikirlər mənim üçün çox xoşdur". 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70 Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbirdə çıxış edən Hacı Allahşükür Paşazadə deyib.

Dediyinə görə, tədbirdə onu çox təriflədilər: “Yəqin ki, bu təriflər məni cızığımdan çıxmağa qoymayacaq. Mən düzgün yolu tutmuşam. Əgər Allah təala mənə ömür versə, bundan sonra da bu yolu davam etməliyəm. Allah insanlara yaxşılıq edən, onlara doğru yol göstərən adamları sevər. Mənim həyatım keşməkeşli dövrdən keçib”.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, bu gün oxuyanlar, dini təhsil alanlar çoxdur: “Çünki onlar üçün müstəqillik dövründə hər bir şərait yaranıb. Mən oxuyanda bilmirdim ki, din xadimi, Şeyxülislam olacağam. Mən oxuyurdum ki, Allahımı, doğru yolu tanıyım. Allah təala da bunu mənə nəsib etdi. Ən əvvəl ailəm, xüsusən də anam mənə bu yolu göstərdi və mən gəlib bu ərsəyə çatmışam. Azərbaycan xalqına təşəkkürümü bildirirəm ki, bunu qiymətləndirir”. (APA)



Xəbərin oxunma sayı : 490




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap