Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Mən heç “Neftçi”nin oyununa baxmıram” – Riçard Almeyda

Tarix 13.04.19, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə “Sabah”ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Qol.az-ın məlumatına görə, görüşdə hesabı açan futbolçu əvvəlcə qələbəni şərh edib.

- Qələbə qazanmaq üçün nə lazımdırsa, etdik: hücumların qurulması, top itirdikdən sonra pressinq edib topu yerindəcə almaq. Kifayət qədər qol vəziyyəti yaratdıq.  Böyükhesablı qələbəyə baxmayaraq daha çox qol vura bilərdik. Buna görə komanda yoldaşlarıma minnətdaram. Doğru yoldayıq, belə də davam etməliyik.

- Bir neçə real qol epizodunda son nöqtəni qoya bilmirdiniz. Problem nədə idi?

- Hardasa sizinlə razılaşa bilərəm. Məşqlərdə bunun üzərində çox işləyirik. Saşa Stamenkoviçin zəhmətini də yerə vurmaq olmaz. O, çox seyv etdi, əməyini danmaq olmaz. Ümumi götürdükdə bunu yaxşılaşdırmaq üçün çalışırıq.

- Səncə, bunun üçün hücumun sivri ucuna yeni, daha səviyyəli hücumçu lazımdır?

- Bu, mənim üzərimə düşən iş deyil. Komandamızda Mahir, Emeqara, Reynaldo, Araz kimi hücumçular var. Hər kəs öz üzərinə düşən işlə məşğul olmalıdır. Mən də öz işimi görməliyəm. Bu sual baş məşqçiyə ünvanlansa, yaxşı olar. Mövsümün sonunda hər şeyi biləcəyik.

- Sona dörd tur qalıb. Çempionluq şansınızı necə dəyərləndirirsən?

- Biz qalib gəlirik, "Neftçi" də udur. İndidən nəsə demək olmur. “Neftçi” də yaxşı komandadır. Azərbaycan klubları son illər inkişaf mərhələsindədirlər. Getdikcə qələbə qazanmaq daha da çətin olur. Komandaların səviyyəsi artıb.

- Sabah “Neftçi” “Səbail”ə qarşı oynayacaq. Əsas rəqibinizin xal itirəcəyini gözləyirsiniz?

- Mən heç “Neftçi”nin oyunlarına baxmıram. Bizim üçün əsas olan öz üzərimizə düşən işdir. Bu gün qalib gəlməliydik. Yolumza davam edirik.

- Necə düşünürsən, çempionluğun taleyi son oyuna qalacaq, yoxsa vaxtından əvvəl həll olunacaq?

- Futbolda hər şey mümkündür. Niyə də olmasın? Təsəvvür edin ki, hər şey son tura qalır. Həm bizim, həm də onlar üçün möhtəşəm oyun olacaq. Öz üzərimizə düşən işi görməliyik.

- Son vaxtlar səni çox tənqid edirlər. Necə düşünürsən, bunu haqq edirsən?

- Hər bir futbolçu tənqid olunmalıdır. Tənqidi qəbul etməyi bacarmaq lazımdır. Amma məşqçim nə deyirsə, mənim üçün o daha önəmlidir.



Xəbərin oxunma sayı : 736




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap