Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Mən heç vaxt PSJ-də oynamayacağam“ - Hazard

Tarix 22.11.19, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“Real”ın futbolçusu Eden Hazard karyerası və şəxsi həyatı haqda açıqlamalar verib.

Qol.az-ın məlumatına görə, Fransanın “L`Equipe” nəşrinə müsahibə verən 28 yaşlı hücumçu 2012-ci ildə PSJ-nin onu transfer etmək istədiyini söyləyib:

“Onlar məni dəfələrlə transfer etmək istədilər, ancaq qəbul etmədim. Mən heç vaxt PSJ-də oynamayacağam. Fransa Liqasında “Lill”dən başqa heç bir klubda çıxış etmək fikrim yoxdur. Həmişə PSJ-nin təkliflərini rədd etmişəm. Hər şeyi dəqiq götür-qoy edirəm. Əgər mən Fransa çempionatına qayıtsam, yalnız “Lill”də çıxış edəcəyəm”.

O, çəkisinin artması ilə bağlı olan suala belə cavab verib: “İstirahət etdiyimi gizlətmirəm. Mən asanlıqla çəkisini artıra və yaxud azalda bilən insanlardanam. 18 yaşda “Lill”də oynadığım vaxtda çəkim 72 kq idi. Bu yay çəkim 80 kilo olmuşdu, ancaq mən 10 günə çəkimi azalda bildim”.

“Real”da geyindiyi “7” nömrəli formanın əvvəllər Kriştiano Ronaldoya məxsus olmasına isə Hazard belə münasibət bildirib: “7” nömrəli forma məndən öncə Mariano Diaz geyinirdi. Formanın nömrəsinə görə mübahisə etmək mənə uyğun bir şey deyil. Modriçin “10” nömrəli formanı geyindiyini bilirdim. “Çelsi”də əvvəllər “17” nömrəli formanı geyinirdim. “Real”da isə bu nömərnin Luka Yoviçə ayrıldığını bilirdim. Sonda klub tərəfindən belə bir qərar verildi”.

Qeyd edək ki, bu yay “Çelsi”dən “Real”a keçən Belçika millisinin üzvü “kral klubu”nun heyətində ümumilikdə, 11 oyuna 1 qol vurub, 4 qol ötürməsi edib.



Xəbərin oxunma sayı : 886




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap