Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Mən Nazarbayevin nəvəsi yox, oğluyam...” - Qazaxıstanın hakim ailəsində böyük qalmaqal

Tarix 26.01.20, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanın hakim ailəsində qeyri-adi hadisələr baş verir. Ölkədəki rejim nə qədər avtoritar olsa da, Nursultan Nazarbayevin ailəsində baş verənləri gizlətmək mümkün olmur. 

“Azpolitika.info” xəbər verir ki, prezidentlikdən istefa versə də, Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri və hakim Nur Otan partiyasının lideri vəzifələrində qalmaqla ölkəyə nəzarəti əlində saxlayan Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevlə bağlı dünya mediasında sensasiyalı məlumatlar dərc edilib.

Londonda yaşayan Aysultan Nazarbayevin öz sosial şəbəkə səhifəsində paylaşdığı son iddialar əsl şok effekti yaradıb. Məsələyə xüsusi diqqət ayıran Rusiyanın “Nezavisimaya Qazeta” dərgisi yazır ki, A.Nazarbayev hələ 25 yaşında Qazaxıstan Futbol Federasiyasına rəbərliyi ələ keçirmək istəsə də, buna babasının ətrafı imkan verməyib.



Belə ki, Aysultan öz hərəkətləri ilə ilə heç cür ipə-sapa yatan birisi deyil. Hətta onun narkotik aludəçisi olduğu, İngiltərə polisi ilə problemlər yaşadığı və bu ölkədə şərti cəza aldığı qeyd olunur.

Vəziyyət o yerə çatıb ki, İngiltərə məhkəməsi 2019-cu ilin dekabrından A.Nazarbayevin narkotik asılılığından məcburi müalicəsinə dair qərar çıxarıb.

Ancaq iki gün bundan əvvəl A.Nazarbayevin “feysbuk” səhifəsində maraqlı və şok effekti yaradan status paylaşılıb. Həmin statusda A.Nazarbayev Nursultan Nazarbayevin nəvəsi yox, oğlu olduğunu bildirib.

Aysultan yazıb ki, xeyli müddət İngiltərədə faktiki həbsdə saxlandığı üçün onun sosial şəbəkə səhifəsini anası sayılan Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin(MTK) sabiq rəhbəri Alnur Musayev idarə edib.



Ardınca isə sensasiyalı paylaşım edib: “Anam babamı daim qarmaqda saxlayıb, çünki mən onun oğluyam...”

A.Nazarbayev əlavə edib ki, bu statusundan sonra onu psixi xəstə kimi qələmə vermək istəyəcəklər, hətta bəlkə də atası sayılan Raxat Əliyev kimi öldürəcəklər.

Xatırladaq ki, R.Əliyev Qazaxıstanda 20 il həbs cəzasına məhkum edilmiş və Avstriya paytaxtı Vyanadakı həbsxanada ekstradisiyasını gözlədiyi vaxt müəmmalı şəkildə ölmüşdü. Aysultan paylaşdığı statusda öz telefon nömrəsini də qeyd edib və jurnalistlərlə danışmağa hazır olduğunu bildirib.



Onunla əlaqə saxlayan mətbuat işçiləri bu şəxsin doğrudan da indiyə kimi Nazarbayevin nəvəsi sayılan Aysultan Nazarbayev olduğuna əmin olublar. Ondan müsahibə götürən “HolaNews” və “Exclusive.kz” kimi dərgilər isə həmin müsahibəni dərc edəndən qısa müddət sonra kiberhücuma məruz qalıblar.

Aysultanla Qazaxıstanın hazırkı hakimiyyətinin əsas rəqibi sayılan, Avropada yaşayan milyarder Muxtar Ablyazov da danışıb. Bundan sonra bir daha açıqlama verən A.Nazarbayev Nursultan Nazarbayevin nəvəsi yox, oğlu olduğunu bildirib.

Bu məsələ ilə bağlı hətta Böyük Britaniya kraliçasının da məlumatlandırıldığı qeyd edilir. A.Nazarbayev gerçək atasının kimliyini əvvəllər bilmədiyini və bunu bir müddət əvvəl öyrəndiyini söyləyib. Ancaq Aysultan N.Nazarbayev onun genetik atası olsa da, Rinat Əliyevi özünə ata hesab etdiyini söyləyib.

Məsələ ilə bağlı çətinliklə də olsa “Azadlıq” radiosunun əməkdaşı N.Nazarbayevin qızı Dariqaya sual ünvanlaya bilib. Lakin D.Nazarbayeva bu suala susmaqla cavab verib.



Bundan sonra Qazaxıstan təhlükəsizlik xidmətinin sabiq rəhbəri A.Musayev Aysultanın Raxat Əliyevin oğlu olduğuna dair 2013-cü ildə əldə olunan DNK analizinin fotosunu paylaşıb. Lakin mütəxəssislər həmin sənədin həqiqiliyinə şübhə ilə yanaşaraq, orada heç bir möhürün və onun məhz sözügedən şəxsə aidiyyatını təsdiqləyən əlamətin olmadığını bildiriblər. Həmçinin, ümumiyyətlə heç bir problem yox idisə, bu analizin 2013-cü ildə aparılmasının hansı zərurətdən irəli gəldiyi də açıq qalan suallar sırasındadır.

Daha sonra məlumat yayılıb ki, İngiltərə polisi xəstəxanadan qaçan A.Nazarbayrevi tutaraq, psixi xəstələr üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirib. Bu hadisə Aysultanın həyatına təhlükə olduğu, onu da R.Əliyev kimi öldürmək istədiklərinə dair xəbərdarlıqlarını daha da aktuallaşdırıb. Bəziləri hətta Dariqanın Nursultan Nazarbayevin qızı olmasına belə şübhə ilə yanaşmağa başlayıb...

Hər necə olsa, A.Nazarbayevin iddiaları Qazaxıstanın faktiki sahibi olan ailəyə ciddi problemlər yaratmaqdadır.

Ümumiyyətlə, ölkədə hakim ailəyə münasibət birmənalı deyil. Nazarbayevin qardaşı Bolatın həyat tərzi də ən çox müzakirə edilən mövzulardan biridir və hətta iddia olunur ki, onun indiyə qədərki özündən yaşca çox-çox kiçik xanımlarla evliliklərinin sayı-hesabı bilinmir. Hazırda isə sosial şəbəkələrdə daha çox Aysultanın bundan sonrakı qaranlıq taleyi müzakirə olunmaqdadır...




Xəbərin oxunma sayı : 712




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap