Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mən sülh danışıqlarına inanmıram“ - Şuşanın icra başçısı

Tarix 08.05.19, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


"Mən sülh danışıqlarına inanmıram". 

AzFakt.com ONA-ya istinadən xəbər verir ki, bu sözləri Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O bildirib ki, hər il verilən vədlər, yalanlar 27 ildir, davam edir: 

"Mən beynəlxalq təşkilatların, istər ATƏT-in Minsk qrupunun, istər ABŞ-ın boş vədləri, bir neçə sifətli siyasətləri barədə artıq danışmaq istəmirəm. Hamı bilir ki, bunlar yalan vədlərdir. Hamı bilir ki, BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, o dövlətlər haqq sözünü demir. Yeri gələndə ermənipərəstlik etmələri bizim xalqımızın diqqətindədir. Ona görə də biz möhtərəm Prezidentimizin apardığı siyasəti, onun ordu quruculuğunda gördüyü işləri yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun Aprel döyüşlərində göstərdiyi şücaət bütün dünya ictimaiyyətinə göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ali Baş Komandanın bir kəlmə əmri lazımdır, əgər o əmr edərsə, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Mən öz fikrimi deyirəm. Çox sülh danışıqları deyirik, amma mən sülh danışıqlarına inanmıram. Mən inanıram ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək. Biz hamımız doğma Şuşamıza, işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq və üç rəngli bayrağımız doğma Şuşamıza, Xankəndində, Ağdamda və işğal olunmuş başqa torpaqlarımızda dalğalanacaq". 



Xəbərin oxunma sayı : 205




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap