Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli Aleyna Tilkinin hamam oyuncaqları - Foto
Axtar
 
  • / Maqazin / — 19 May 2020

    Cazibədar model çılpaq görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 04 May 2020

    Xalq artisti Röya lüt fotosun paylaşdı - FOTO

  • / Maqazin / — 20 Aprel 2020

    “Dəlicəsinə sevirəm...“ - Roza Zərgərli

  • / Maqazin / — 19 Aprel 2020

    Aleyna Tilkinin hamam oyuncaqları - Foto

  • / Maqazin / — 16 Aprel 2020

    Xalq artistinin yataqdan görüntüləri yayıldı - VİDEO

  • / Maqazin / — 16 Aprel 2020

    Çılpaq bədənlərini yastıqla örtən azərbaycanlılar... - FOTOLAR

“Mən siyasətçi kimi məhv oldum...” - Deputat Erkin Qədirli açıqlama yaydı + VİDEO

Tarix 20.03.20, 14:30

Font ölçüsü : - / +
bitmap-img6


“Jurnalist İsmayıl Cəlilova verdiyim müsahibə tam biabırçılıq idi. Əgər mən özümü siyasətçi hesab etsəydim o zaman deyərdim ki, siyasətçi kimi məhv olmuşam”. Bu barədə özünün Facebook səhifəsində ReAL hərəkatından deputat Erkin Qədirli yazıb.

Erkin Qədirli bəyan edib ki, özünü siyasətçi hesab etmir və ona görə də həmin biabırçılığı müsahibə vermək bacarığının olmaması ilə əsaslandırır. 

“Mən bütün bu illərdə jurnalistlərdən elə belə qaçmırdım. Bu gün mən “Azadlıq” radiosuna müsahibə verdim. Müsahibə dəhşətli dərəcədə biabırçı alındı, hərdən mən öz qəzəbimi boğa bilmirdim. Müsahibədən sonra mən özümü əzilmiş hiss etdim”,-o yazıb.

Qeyd edək ki, Erkin Qədirli hüquqşünas Xalid Bağırovla birlikdə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovun YouTube kanalına müsahibə veriblər. Müsahibənin gedişində E.Qədirlidən ReAL sədri İlqar Məmmədovun son bəyanatı haqda soruşublar. 

İ.Məmmədov həmin açıqlamasında parlamentin son iclası zamanı Qədirliyinin internetdə xoşagəlməz informasiyaların yayılmasına görə cəzaları nəzərdə tutan düzəlişə niyə səs verdiyini əsaslandırmağa çalışmışdı.

X.Bağırov qeyd edib ki, həmin qanun gələcəkdə Azərbaycanda tənqidi səsləri susdurmaq üçün istifadə oluna bilər. Erkin Qədirli isə bu zaman qoyulan suallara tutarlı cavablar verə bilməyib, tez-tez çaşıb və hətta aparıcını təxribatçı suallar verməkdə günahlandırıb.

Müsahibənin sonunda Qədirli deyib ki, özünü siyasətçi hesab etmir və Milli Məclisə təsadüfən düşüb. Aparıcı isə onu özünü biabır etməməyə çağırıb və Qədirli ilə söhbəti yarımçıq kəsib. (Azpolitika.info)





Xəbərin oxunma sayı : 1345

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda