Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub, amma heç hara getmədim” - Volodimir Zelenski

Tarix 26.01.23, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


“Həyat yoldaşım və uşaqlarımı nadir hallarda görürəm. Lakin görüşəndə birlikdə yemək yeyir və müharibə haqqında danışırıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun cəmi 10 yaşı var. Amma o da başa düşür ki, bu müharibə faciədir. Hətta, məncə, onlar bunu məndən daha yaxşı bilirlər”.

V.Zelenskinin sözlərinə görə, 2022-ci il fevralın 24-ü ailəsi üçün uzun, çətin gecə olub: “Həmin gecə partlayışlar və zənglərin olduğunu xatırlayıram. Yoldaşıma dedim ki, hazır ol. Ona evdə, yəni prezident iqamətgahında qalmağın təhlükəli olduğunu söylədim. Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub. Amma mən kəşfiyyat idarələrinin tövsiyələrinə əməl etmədim, heç hara getmədim”.

Dövlət başçısı deyib ki, o, indiki gərgin məqamda da yumor hissini qoruya bilir: “Mən yumor hissimi heç vaxt itirməməmişəm. Düşünürəm ki, insanlar yumoru itərəndə ruhi vəziyyəti də pisləşir. Qələbəni təmin etmək üçün hər səhər nə edəcəyin barədə düşünməlisən”.



Xəbərin oxunma sayı : 343




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap