![]() |
|














“Məni Eldar Mahmudovun qapısına yolladılar ki, ziyanı ödəyəcək” - Generalın məhkəməsində qalmaqal
Tarix 05.12.22, 22:34 |
|

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
AzFakt.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə məhkum olunmuş şəxslərin və zərərçəkənlərin hüquqlarını izah edilib.
Daha sonra məhkəmə iclas katibi proses iştirakçıları barədə məlumat verib. Məlum olub ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edib.
“Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun yaxın adamı kimi hallanan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.
Daha sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmə tərkibinə etirazlarının olduğunu açıqlayıb. Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsinə istinad edən vəkil hakimin cinayət prosesində maraqlı tərəf olmasını təsdiq edən mötəbər sübutların olmasının əsas götürüldüyünü və qeyd-şərtsiz təmin edilməli olduğunu vurğulayıb. Vəkil ki, hakim İlqar Murquzov özü uzun illər Respublika Prokuorluğunda işləyib, hazırda onun oğlu Emil Murquzov Respublika Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarədə çalışır.
Hakim İlqar Murquzov etiraza tərəflərin münasibətini öyrənmək üçün ilk olaraq Mövlam Şıxəliyevə müraciət edib.
Mövlam Şıxəliyev vəkilinin təqdim etdiyi etirazın yalnız sədrlik edənə münasibətdə dəstəklədiyini bildirib:
-Siz Respublika Prokurorluğunun işçisi olmusunuz. Hazırda da oğlunuz Respublika Prokurorluğunun işçisidir. 2015-ci ildən 2021-ci ilin aprelin 5-nə qədər, mən həbs edilənə qədər mənim işim üzrə istintaqı aparan müstəntiq Mehdi Mirzəyev Bakı Hərbi Məhkəməsinə müraciət təqdim edib. Həmin müraciətində Mehdi Mirzəyev bildirib ki, öz vicdanının səsi ilə məhkəməyə müraciət edir, Mövlam Şıxəliyevin istintaqını 6 il müdətində mən aparmışam, onun əməlində heç bir cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Həmin müraciətin bir kopyasını vəkillərim xüsusi məlumat qaydasında cənab prezidentə göndəriblər, bir nüsxəsini çox hörmətli Fuad Ələsgərova göndərmişəm. Bununla əlaqədar ombudsmana müraciət etmişəm. Məhkəmə Hüquq Şurasının sədrinə və şəxsən sizə müraciə etmişəm. Baş Prokurorluqda gedən istintaq zamanı heç bir sübut, heç bir dəlil əldə edilməyib.
Hakim:
-1 dəqiqə, dediz ki, şəxsən sizə müraciət etmişəm. Belə şey olmayıb axı...
Mövlam Şıxəliyev:
-Sizə göndərmişəm.
Hakim:
-O, başqa şeydir. İkincisi, etiraz tərkibə verilib.
-Mənim etirazım şəxsən sizədir. Oğlunuz Baş Prokurorluğun İttiaham İdarəsində işləyir, özünüz də uzun illər Baş Prokurorluqda işləmisiz. Baş Prokurorluq da mənə qarşı qərəzli istintaq aparıb, ehtimallarla, fərziyyələrlə ittiham aktı tərtib ediblər. Bu zalda ittihamçı prokuror əyləşib, əgər bircə epizod üzrə bircə sübut təqdim eləsə mən ittihamla razıyam.
Hakim:
-Müdafiəçiniz tərkibə etiraz edir, siz də deyirsiz ki, tərkibə yox, mənə etiraz edirsiz.
Vəkil Ceyhun Yusifov:
-İcazə verin yaxınlaşıb, mövqeyi dəqiqləşdirim.
Bu zaman vəkil müvəkkilinə yaxınlaşıbvə məsləhətləşmə aparıb.
Bundan sonra yalnız sədrlik edən İlqar Murquzova etiraz etdiklərini bildirib.
Daha sonra Mövlam Şıxəliyev çıxışını davam etdirib:
-Hörmətli sədr, bu işin qeyri-adi istintaq olunmasını siz araşdırma zamanı görəcəksiniz. Xahiş edrəm ki, məhkəmə tam istintaqala aparılsın. Məni sifarişlə həbs ediblər.
Hakim:
-Bu məsələ müzakirə olunmur.
Mövlam Şıxəliyev:
-Xahiş edirəm dinləyin. Burada zərərçəkən kimi tanınan iki zərərçəkən də məhkəmə zalında dedilər ki, Mövlam Şıxəliyev sifarişlə tutulub. Bunlardan biri Hüseyn Səfərov, o biri də Akif Qurbanov. Əgər ittiham tərəfində bircə sübut varsa, ortaya qoysunlar.
Hakim:
-Mövlam Şıxəliyev, biz araşdırmaya başlamamışıq. Sizin vəkiliniz etiraz verib. Etiraz müzakirə olunur.
Zərərçəkənlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilməməsini istəyiblər.
Mövlam Şıxəliyevlə müttəhimlər kürsüsünü bölüşən, sabiq işçiləri olan şöbə rəisləri Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərov da etiraza qarşı çıxıblar.
İlqar Murquzovun şəninə xoş sözlər deməklə etirazın təmin edilməməsini istəyiblər. Bu zaman Mövlam Şıxəliyevin sabiq işçilərinə nifrətlə baxması da diqqətlərdən yayınmayıb.
Verilmiş etiraza baxmaq üçün hakimlər Həsən Əhmədovla Habil Məmmədov müşavirə otağına yollanıblar. Hakim İlqar Murquzov isə məhkəmə zalında etirazla bağlı qərarı gözləməli olub.
Zərərçəkən Hüseyn Səfərov yaranmış fasilə zamanı üzünü məhkumlara tutaraq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov kimi cinayətlərini etiraf etməyə çağırıb:
-Sizlər də böyük cinayətlər eləmisiz. Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiz. Siz burada bir-birinizi ittiham edib bizə qarşı cinayətləri bir-birinizin üstünə atırsız. Durun etiraf edir. Mənə xəbər göndərirsiz, yalan deyirsiz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə yalan danışıram. Belə şey olar. Məni Mövlam Şıxəliyev aldadır, mən də məcburam ki, bu sözləri onun yanında deyim ki, zərərçəkənlər hamı eşitsin.
Əlimdə səs yazıları da var. Yutuba, tiktoka da qoyacağam, hakimə də verəcəyəm. Gəlin, cavab verin. Məni yollayırlar Eldar Mahmudovun qapısına ki, get ora, Eldar Mahmudov vurulan ziyanı ödəyəcək. Axırda Eldar Mahmudov, üçüncü dəfə gedəndən sonra Eldar Mahmudovun özü məcbur olub qəbul etdi. Mən bu məsələni də məhkəmədə açacağam. Bu məsələlər elə belə bitmir.
Müşavirə otağından qayıdan hakimlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilmədiyini açıqlayıblar.
Bundan sonra hakim tərəflərdən apelyasiya şikayətlərinə dair mövqelərini soruşub, müdafiə edib-etmədiklərini öyrənib. Hər kəs verdiyi şikayəti müdafiə etdiyini açıqlayıb.
Zərərçəkən Zaur Əliyev bildirib ki, iş üzrə Mövlam Şıxəliyevin ailə üzvləri - oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva da məhkəməyə apellyasiya şikayət təqdim ediblər. Lakin hazırlıq iclasına qatılmadıqlarından, vəkilləri də iştirak etmədiyindən onların mövqeyi bəlli deyil.
Zərərçəkən hakimdən bu məsələ aydınlıq gətirilməsini xahiş edib. Hakim bidirib ki, ilkin iclas olduğundan hazırda işin prosessual tərəfləri müzakirə olunmur. Bununla belə akim izah edib ki, hər üç şəxsin şikayətləri əmlak məsələsi ilə bağlı olduğundan apellyasiya şikayətləri də məhkəmə baxışında müzakirə olunacaq və baxılacaq. Həmin şəxslər birbaşa cinayət prosesin tərəfləri deyil. Onlar ayrı-ayrılıqda əmlakla bağlı şikayət veriblər.
Zərərçəkən Hüseyn Səfərov:
-Hörmətli hakim, dediniz ki, ailə üzvləri cinayət prosesin birbaşa tərəfi deyil. Əslində isə onlar tərəfdirlər. Arvadı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər. İndi də heç bir əsas olmadan şikayət yazıblar. Haradan alıblar o boyda pulu o əmlakları almağa?
Hakim:
-Biz hazırda məhkəmənin aparılma qaydaları ilə bağlı izah veririk. Yekun qərarı biz müşavirə otağında verəcəyik.
Bundan sonra vəkil Osman Kazımov məhkəməyə vəsatət təqdim edib. Vəkil bidlirib ki, buna qədər iş üzrə zərərçəkən, dünyasını dəyişmiş Cahangir Məmmədovun hüquqi nümayəndəsi olaraq prosesdə qardaşı Arif Məmmədov təmsil edib. Vəkil mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın hüquqi varis olaraq tanınmasını, Arif Məmmədovun hüquqi varis kimi fəaliyyətinə xitam verilməsini xahiş edib.
Arif Məmmədovun vəkili vəsatətin təmin olunmamasını xahiş edib. Bildirib ki, Yeganə Məmmədovanın məhkəmədə hüquqi varis olaraq tanınmasına mənəvi haqqı yoxdur. Vəkil fikrini bununla əsaslandırıb ki, Cahangir Məmmədov MTN həbsdə olarkən onun azad edilməsi tələb olunan məbləğin yalnız 3 min 600 manat hissəsini həyat yoldaşı verib, yerdə qalan 74 min 400 manatı isə qardaşı Arif Məmmədov verib. Sonradan borcu qaytaramaq üçün Cahangir Məmmədov evini satmaq istəyib, həyat yoldaşı isə buna razı olmayıb.
Vəkil Osman Kazımov bildirib ki, qanunvericiliklə həyat yoldaşının məhkəmədə hüquqi varis kimi tanınmasını məhduslaşdırmaq olmaz.
Yeganə Məmmədova isə bildirib ki, Cahangir Məmmədovun MTN-dən azad edilməsində qardaşı Arif Məmmədovun heç bir rolu olmayıb, hər dəfə də Cahangiri təhqir edib. O pulun verilməsində birbaşa özü iştirak etdkiyini deyib.
Bundan sonra zərərçəkən Qulam Bağırov vəsatətlə çıxış edib. O, məhkum Sahib Ələkbərovun tanışlıq iclasında ona, məhkəməyə qarşı əxlaqi normalara sığmayan, təhqiramiz davranışlarına görə cəzalandırılmasını, tənbeh edilməsini istəyib. Hakim isə bildirib ki, insident fasilə zamanı olduğundan aidiyyatı orqana müracət olunmalıdır.
Qulam Bağırov isə məhkəmə zalında baş vermiş insidentə görə polisə şikayət etməyin ağlasızmaz olduğunu söyləyib. Bildirdi ki, dediklərini sübut etmək üçün məhkəmə zalındakı kameraların yaddaşına baxılması kifayətdir.
Məhkum Sahib Ələkbərov isə deyib ki, Qulam Bağırovun ona təklifinə cavab verib.
Bundan sonra hakim işin məhkəmə baxışına təyin edilməsinə tərəflərin fikirini öyrənib.
Yasin Məmmədovun vəkili Əli Adıgözəlov 1 etiraz və 2 vəsatətinin olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Vəkil dövlət ittihamçısının təqdim etdiyi protestə etiraz etdiklərini, Yasin Məmmədovun barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini, qismən məhkəmə istintaqının aparılması və vəsatətlərində adlarını qeyd etdikləri şəxslərin məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş edib.
Məhkumlar Vüsal Ələkbərovla Sahib Ələkbərovun vəkilləri də vəsatətlə çıxış edərək müvəkkillərinin barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov dövlət ittihamçısının məhkəmə təqdim etdiyi protestin ona və müvəkkilinə verilmədiyini bildirib. Vəkil protestin təqdim edilməsi üçün iclasın təxirə salınmasını istəyib.
Hakim isə bildirib ki, protest proses iştirakçılarına, onların vəkillərinə təqdim olunub.
Mövlam Şıxəliyevlə birgə məhkum olunmuş keçmiş işçisi Yasin Məmmədov uca səslə sabiq şefini və onun vəkili Ceyhun Yusifovu yalan danışmaqda ittiham edib.
Mövlam Şıxəliyev Yasin Məmmədovun sözlərini eşidəcək ona qınayıcı nəzərlərlə baxıb, lakin bir söz deməyib.
Vəkil Ceyhun Yusifov isə israrla bildirib ki, protest ona və müdafiə etdiyi şəxsə təqdim olunmayıb, iş materiallarında protestin onlara verilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur.
Mövlam Şıxəliyev də hakimin diqqətinə çatdırıb ki, o, bütün sənədləri alarkən bunun təsdiqi olaraq mütləq şəkildə imza atıb: “İmzam varsa, təqdim edin. Yoxdursa, bizə protesti təqdim edin, tanış olaq. Deyirsiz ki, məqsəd nədir? Anar Heydərov adlı zərərçəkən məhkəməyə gəlmədi, onun epizoduna baxılmadı, amma hökm çıxarıldı. Bundan məqsəd nədir? Məqsəd sifarişdir”.
Məhkəmə katibi protesti Mövlam Şıxəliyevin vəkilinə təqdim edib. Ceyhun Yusifov onun və müvəkkilinin protestlə tanış olması, etiraz yazmaları üçün məhkəmə islasının təxirə salınmasını istəyib.
Hakim isə Ceyhun Yusifovu məhkəmə prosesi pozmaqda gühanlandırıb.
Növbəti proses dekabrın 12-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər onlara verilmiş cəzadan narazı qalıblar və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Zərərçəkmişlər də hökmdən narazı qaldıqlarını qeyd ediblər və təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edirlər.
Bir neçə zərərçəkmişin qaldırdığı mülki iddia təmin olunmayıb. Onlar mülki iddianın təmin olunması barədə apellyasiya şikayəti veriblər.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.
Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb.
Həmçinin Mövlam Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Bundan başqa, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədov polkovnik-leytenat rütbələri əlindən alınıb.
Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədova verilmiş orden və medallardan məhrum olunublar.
İttihama görə, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.
Xəbərin oxunma sayı : 670
loading...
Hadisə
Xəbərlər
-
Neslihan Atagülün transparan libası müzakirələrə səbəb oldu - FOTO
-
“ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməyə çalışır” - NULAND
-
MİDA-nın fəaliyyəti təftiş edilir - Ard-arda yoxlamalara başlanıldı
-
“Bazarın Akif Çovdarovun qızının adına alqı-satqısı cəmi 20 manata rəsmiləşib“ - Məhkəmə
-
“Serbiya Qərbdə müttəfiqsiz qalıb” - Vuçiç
-
“9 min verdim ki, şikayətçi olmasın” - Tamadanı bıçaqlayan şəxs
-
Şəki camaatının it zülmü - VİDEO
-
“Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir“ - İlham Əliyev
-
“Bu, ağlasığmazdır, amma faktdır...“ - Putin
-
Masallıda qapıya qədər gəlib çatan təhlükə - VİDEO
-
İpoteka krediti ilə bağlı elektron xidmətin təhlükəsizliyi yoxlanılır - BİRGƏ MƏLUMAT
-
Bakıda Rumıniya Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO
-
“Traktor” azarkeşlərindən zəlzələdən zərər çəkmiş Xoy sakinlərinə dəstək - VİDEO
-
“Qiymət artımından “K Group” MMC 3-4 milyon qazanacaq” - İqtisadçı
-
Naxçıvan Universitetinə yeni rektor təyin edildi - FOTO
-
Azərbaycan və Rumıniya prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO
-
Son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb - 5 nəfər ölüb
-
“Türkiyə İsveçin NATO-ya üzvlüyünə “hə” deməyəcək“ - Müdafiə naziri
-
Şəhər və rayonlararası marşrutların YENİ TARİFLƏRİ
-
Xoy sakinləri ac-susuz küçələrdə gecələyirlər - VİDEO
-
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub - FOTO
-
10 min uyğur Kanadaya köçürüləcək - Parlament səs verdi
-
Bakıda narkotikə görə 46 nəfər saxlanılıb - VİDEO
-
Rumıniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO
-
“Azərbaycanda milli məfkurəyə sadiq nəsil yetişib“ - İlham Əliyev
-
“Deyəcəyəm, yenə qalmaqal olacaq“ - Nigar Camal
-
Vətəndaşların sığorta şəhadətnamələrini onlayn qaydada rahat almaları üçün YENİLİK
-
Ərəblər “Real“ın iki ulduzunu birdən aparır - Maaşları açıqlandı
-
Dezinformasiyaya müqavimət dərsi – “Nyu-York Tayms”
-
Rusiya XİN başçısı: “Azərbaycan öz ərazilərini geri qaytarıb”
-
Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Anar Kərimovun qohumu işdən çıxarıldı - Nöqsanlara görə
-
İran casusları məlumatları Bakıdakı gizli radiostansiya vasitəsilə ötürürmüş - ŞOK FAKTLAR
-
AQTA yüzminlərlə vəsaiti öz işçisinə bağlı olan şirkətə ödəyib – Təfərrüat
-
Prezident ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib - FOTO
-
Mehriban Əliyeva gəncləri təbrik etdi - FOTO
-
“Qərb Moldovanı növbəti Ukrayna kimi görür“ - Sergey Lavrov
-
Ombudsman Bəxtiyar Hacıyevlə görüşüb
-
Bakıda dəhşətli qətlin təfərrüatı: - Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı
-
İkinci “Togg” elektromobilini İlham Əliyevə verəcək - Ərdoğan açıqladı
-
Azərbaycanda kredit faizləri yenidən artacaq? – İqtisadçı yaranacaq durumu açıqladı
-
“Konsulluqların bağlanması Türkiyəyə qarşı psixoloji müharibədir” - Süleyman Soylu
-
“Rusiya ordusu fevralın 24-dək hücuma başlaya bilər“ - Reznikov
-
“Ən-Nəsr” Ronalduya maaşının cəmi 10 faizini ödəyir - The Athletic”
-
İran hücuma görə kürdləri və İraqı ittiham etdi - PUA-lar İran ərazisinə bu yolla keçirilib
-
Azərbaycan Ordusu üçün minlərlə kilometr təminat yolu qardan təmizləndi - FOTO/VİDEO
-
Bakıda şübhəli şəxs polisə bıçaqla müqavimət göstərib - Video
-
Yeltsinin Ukraynaya qarşı müharibə ilə bağlı proqnozları ortaya çıxdı: “Sabitliyi pozan əsas faktordur”
-
Xəlil Rza Ulutürkün viran qalan ata yurdu - VİDEO
-
Bu gün Azərbaycan Gəncləri Günüdür - VİDEO
-
Kəlbəcərdə qəza: Polkovnik-leytenant həlak olub
-
Laçın yolunda son durum - Aksiyanın 53-cü günü
-
Bakıda bu yollarda tıxac var – Siyahı
-
“İsveçin NATO-ya üzv olmasına müsbət baxmırıq” - Ərdoğan
-
Lukaşenkonu Zimbabvedən keçi ilə yola saldılar - VİDEO
-
Bakıda sürücülərin kabusuna çevrilmiş küçələr - VİDEO
-
Hadisə makiyajsız və sinəsi açıq geyimdə - FOTO
-
FED uçot dərəcəsini artırıb - 4,50-4,75 %-ə çatdırılıb
-
Balakən icra hakimiyyəti ev pullarını “yeyib”? - VİDEO
-
“Gürcüstan hakimiyyəti Saakaşvilini açıq şəkildə öldürür” - Zelenski
-
“İranın nüvə obyektindəki fəaliyyətlər Tehranın öhdəliklərinə ziddir” - BAEA
-
Abdin Fərzəliyev Mehdiabadda səkini də satdı: bələdiyyə sədri makler rolunda – FOTOLAR
-
“Dövlət aparatı həddindən artıq şişib” - “Bu qədər imtahanlar, testlər nəyə lazımdır?
-
Mərkəzi Bank uçot dərəcəsini artırdı: Kredit bazarında nə baş verəcək?
-
Prezidentin təltif etdiyi gənclər kimdir? - FOTO
-
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Sabunçu sakinlərinin acınacaqlı vəziyyəti: Nə yol var, nə kanalizasiya sistemi - FOTO
-
“Türkiyə Suriya və İraqın şimalında anti-terror əməliyyatlarını davam etdirəcək“ - Akar
-
“Qarabağ”ın yeni transferi: “Biz maaşı da, qızı da göstərmirik”
-
2,6 milyard kapitalı olan “Bakı Metropoliteni” vergi borcunu vaxtında ödəmir...
-
“Banklar depozit faizlərini artıra bilərlər” - Mərkəzi Bankın sədri
-
Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO
-
Avtomobil sahiblərinin nəzərinə: Rəng dəyişikliyi ilə bağlı YENİLİK
-
Azərbaycanla Macarıstan arasında enerji sahəsində uğurlu əməkdaşlıq
-
Naxçıvanın sabiq prokuroru müavin postuna qanunsuz təyin olunub - DETALLAR
-
Gənclər üçün Prezident mükafatlarının alacaq şəxslərin adları müəyyənləşdi - SƏRƏNCAM
-
DİN iranlı narkobaronların havadarlarına qarşı əməliyyatlar keçirib - 36 nəfər tutulub (VİDEO)
-
Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
Gültəkin Hacıbəyliyə bəraət verildi
-
Azərbaycanda daha 39 nəfər COVID-19-a yoluxub - 2 nəfər vəfat edib
-
“Dövlət qulluğu haqqında“ qanuna dəyişiklik qəbul olunub - DETALLAR
-
Putin üçün tribunal – “Vaşinqton Post”
-
Gənclər ictimai-siyasi həyatda fəal iştirak edirlər
-
Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açıldı
-
Prezidentdən yüksək vəzifəyə TƏYİNAT
-
İqtisadiyyat Nazirliyinin ləğvini tələb etdiyi tenderi “udan“ şirkət kimindir? - 385 minlik qalmaqal
-
Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri - SİYAHI
-
“Müharibədə əsas missiyanı o gənclər yerinə yetirdilər” - Vüqar Rəhimzadə
-
Fevralda hava belə olacaq - Aylıq proqnoz
-
“İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik“ - Ərdoğan
-
Azərbaycan-Macarıstan dostluq əlaqələri Avrasiya üçün çox böyük önəm daşıyır
-
Publik hüquqi şəxslərin sosial şəbəkələrdəki fəaliyyətlərinin monitorinqi aparılıb - SİYAHI
-
Baş nazir qərar imzaladı: Bu şəxslərin maaşı artırıldı
-
“Xeyli vaxt çəkib, İran polisi hər hansı ciddi tədbir görməyib“ - Perzident
-
Dudadan Zelenskiyə sülh müqaviləsi ilə bağlı təklif: “Çarizmdən qalan əsirlik sona çatsın”
-
Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb - SİYAHI
-
“Gediş haqlarının artmasının müsbət tərəfi də var” - Deputat
-
Polis idarəsinə 100 dəfə şikayətə getdi, həbs olundu - FOTO
-
GDU-da imtahan sualları gizli formada satışa çıxarılıb? - İDDİA
-
2 fevral - Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
-
“Azərbaycanda aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır” - Nazir müavini
-
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı... - 39 nəfər saxlanılıb + FOTOLAR
-
Ötən il Qarabağda bərpa işlərinə 4,3 milyard manat xərclənib - Hansı xərclərə qənaət edilib?
-
Neftçalada İranın casus şəbəkəsinə qarşı əməliyyat: Saxlanılanlar var - FOTO
-
Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA
-
“Rusiya maksimum eskalasiyaya hazırlaşır” - Aleksey Danilov
-
Səfər Mehdiyev həbsdəki işçiləri ilə üzləşdirildi
-
“Bu il illik inflyasiya 8 % ətrafında olacaq“ - AMB
-
Evinin çıxarışı olmayanlara sevindirici xəbər: Güzəştlər ediləcək - VİDEO
-
Lukaşenko həmkarına traktor hədiyyə etdi, əvəzində müqəvva aldı - FOTO
-
Bugünkü gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır
-
İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT
-
Azərbaycanda nəzirlər elektron formada toplanacaq? - VİDEO
-
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
-
Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir - FOTO
-
Macarıstan və Azərbaycan gələcəkdə Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaqlar
-
“Onun saç-başını yoldum” - VİDEO
-
“İstədiyimiz formada deyilik“ - Qurban Qurbanov
-
Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi - FOTO
-
Ceyhun Baramovla Lavrov telefonda danışdı: nələr müzakirə edilib?
TOP 10
ARXİV