Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Məni vursalar, özünü itirmə!” - VİDEOREPORTAJ

Tarix 06.11.20, 12:37

Font ölçüsü : - / +
bitmap-img6


Əynində hərbi geyim, sağında və solunda iki oğlu olan qürurlu ata fotosu, yəqin ki, hamının yadındadır. Müşfiq Abbasov Vətən Müharibəsinin hələ ilk günlərində iki övladı Şamil və İntiqamla cəbhəyə yollanıb.

Müşfiq Abbasov hələ Birinci Qarabağ Müharibəsində, gənc yaşlarında qardaşları ilə birlikdə ermənilərə qan uddurub.

Vətənin qürur tarixinin yazıldığı bu günlərdə isə oğulları ilə birlikdə düşmənin canına qorxu salıb.

Şamil Abbasovun sözlərinə görə, kiçik yaşlarından silahla oynayıb: “Mənə güllə atmağı atam öyrətdi. Atam sanki illərdir bizə təlim keçirdi. Və məqamı gəldi, götürüb apardı”.

Ş.Abbasov bildirib ki, atası bu günləri illərlə gözləyib: “Vətəni, torpağı sevməyi, ona bağlı olmağı bizə atam öyrədib. Atam Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Biz o kəndi görməsək də, atam oranı bizə çox sevdirib. Müharibə başlayandan sonra atam, biz və əmim könüllü cəbhəyə yollandıq. Son sözləri belə oldu: “Məni vursalar, özünü itirmə!”

Daha ətraflı AZTV-nin videosüjetində:






Xəbərin oxunma sayı : 541




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap