Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mənimlə bir yataqda yatmayacaqsansa, məni dolama ” - Niyamdan Aynura

Tarix 25.04.22, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


“Yeni müğənni deyiləm ki, gündəmə gəlmək üçün filankəslə evlənim. Ayıb olar mənə”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Niyam Salami bildirib.

Aygün Kazımova ilə yeni layihəsi olduğunu vurğulayan müğənni: “Piar etsəm, onunla olan layihəmin piarını edərəm”, - deyib. 

“Aynurla bir proyektim hələ yoxdur mənim, mayın 17-si mənim şoumun eksklüziv qonağı Aygün Kazımovadır. Onunla layihəm olacaq. Aynur dediyi kimi, planlı olsaydı, Aygün xanımla planlı şəkildə işlər görürəm, mahnı yazdırıram, görürsünüz, sizə deməmişəm. Mən belə şit-şit şeyləri xoşlamıram.

Mən açığını danışan adamam, Aynuru dostum kimi qucaqlayıb-öpəndə zarafatla dedik ki, gəl evlənək. Dəfələrlə demişəm ki, dolana biləcəksən mənimlə? Ailə mənim üçün başqa sistemdir. Sən mənimlə bir yataqda yatacaqsan, yatmayacaqsansa, məni dolama”. 

Niyam Aynur Dadaşovanın “Toy olmayacaq, bu sadəcə konsertin piarı idi” açıqlamasından məyusluğunu gizləməyib:

“Müsahibəni elə verərdi ki, Niyam mənim dostumdur, dost qalmağı qərar verdik və s. Amma belə olmaz, məni vurmuş olursan. Mən sənə demişəm “evlənək”, sən demisən, “mən sənə ərə getmirəm”. 

Qeyd edək ki, Niyam bir müddət öncə Aynur Dadaşova ilə evlənəcəklərini, yayda toy olacağını açıqlamışdı. Daha sonra Aynur çıxan xəbərləri təkzib etmişdi. 



Xəbərin oxunma sayı : 925




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap