|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Mənimlə razılaşıb, bacıma tamah saldı...” – 10 manata görə dəhşətli qətl
Tarix 07.02.19, 0:34 |
|
Beyləqan rayonunda qətl törətməkdə təqsirli bilinən Füzuli rayon sakini, 1990-cı il təvəllüdlü Sədi Kərimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Sədi Kərimov 24 noyabr 2016-cı il tarixdə, saat 13 radələrində 2009-cu ildən etibarən bir neçə dəfə görüşüb və cinsi əlaqədə olduğu Lətifə Səmədovanın yaşadığı Beyləqan rayonu, Mil qəsəbəsindəki evinə gəlib.
10 manata cinsi əlaqə...
O, həmin vaxt Lətifənin evində olan bacısı Ləman ilə pul müqabilində cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman Lətifəyə 10 manat verərək, cinsi münasibətdə olmaq üçün Ləman ilə birlikdə otaqlardan birinə keçib.
Onlar soyunduqdan sonra Sədi Ləmana müəyyən qeyri-etik hərəkətlər etməsini təklif edib.
Əxlaqsız təklifi narazılıq yaratdı
Lakin Ləman onun bu sözlərindən əsəbiləşib və otağı tərk edib, digər otaqda olan bacısı Lətifəyə həmin təkliflə əlaqədar narazılığını bildirib.
Lətifə Sədidən hansı səbəbdən bacısına belə təkliflər etdiyini soruşub, ona iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb.
Pula görə bıçağa əl atdı
Mübahisə zamanı Lətifə Sədini evdən həyətə çıxarıb, darvazanın qarşısına ötürərək getməsini tələb edib. Bu zaman Sədi qadından verdiyi 10 manatı qaytarmasını tələb edib.
Lətifə isə ona bacısı Ləman ilə otaqda xeyli vaxt keçirdiyi səbəbindən pulu qaytarmaqdan imtina edib və Mahirdən həyəti tərk etməsini istəyib. Lətifənin bu hərəkətlərindən qəzəblənən Mahir onu qəsdən həyatı üçün təhlükəli olan zərər vurmaq qərarına gəlib.
Bu niyyətlə Mahir Lətifənin saçından tutub, onun qarın nahiyəsinə bir dəfə zərbə vurub.
Xəstəxanaya çatdırılsa da...
Lətifə Beyləqan rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılıb və intensiv tibbi yardımların göstərilməsinə baxmayaraq, dekabrın 1-də aldığı xəsarətlərdən xəstəxanada ölüb.
İstintaq orqanı tərəfindən Sədi Kərimovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
“Kafedə və evində cinsi əlaqədə olmuşam”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sədi Kərimov ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O deyib ki, mərhum Lətifə ilə 2009-cu ildə 1-ci Şahsevən kəndi ərazisində yerləşən “Qoca” kafesində tanıyıb: “Kafedə işləyən Lətifə ilə həm orada, həm də Mil qəsəbəsindəki evində dəfələrlə öz razılığı ilə cinsi əlaqədə olmuşam. Axırıncı dəfə Lətifə ilə yaşadığı evdə onun bıçaqla vurulmasından təxminən bir il altı ay əvvəl görüşdük, cinsi əlaqədə olduq. Onu tanıdığım müddətdə aramızda narazılıq, mübahisə və dava-dalaş olmayıb”.
Zərərçəkmiş Lətifə Səmədova bıçaqlandığı günün səhəri xəstəxanada müstəntiqə hadisə ilə bağlı izahat verib. Lətifə vəfat etdiyi üçün onun həmin izahatı cinayət işinə əlavə edilib.
“Əvvəl tanımadım, o isə mənə10 manat verib dedi ki...”
Lətifə Səmədova izahatında göstərib ki, 2016-cı ilin noyabrın 24-də, saat 13 radələrindən bir qədər keçmiş kiminsə onu çağırmasını eşidib və həyətə çıxıb:
“Həmin şəxs sarışın, 25-30 yaşlarında bir oğlan idi. O, mənə dedi ki, 1 günlük qalmaq üçün ev lazımdır. Mən isə dedim ki, kirayə ev vermirəm. O dedi ki, məni tanımadın, biz tanışıq. Mən dedim ki, tanımadım. O, papağını çıxardı, soruşdu ki, indi də tanımadın? Mən yenə tanımadığımı dedim. Sonra o, cibindən 10 manat çıxardı, mənə verdi ki, cinsi əlaqədə olaq”.
“Ləmanı görəndə, ona tamah saldı”
Lətifə Səmədovanın qeydlərinə görə, həmin oğlanla cinsi əlaqədə olmağa razılaşıb və ondan pulu alıb:
“Biz otağa keçəndə bacım Ləmanı gördü, onunla cinsi əlaqədə olmaq istədi. Ləman sərxoş olduğuna görə mən razılaşmadım və onun pulunu qaytardım. Həmin oğlan mənə dedi ki, gedib, kartımda olan pulu bankomatdan çıxararaq gələcəm və sənə artıq pul verəcəm, bacınla cinsi əlaqədə olum. Həmin oğlan bu sözləri dedi, qaytardığım pulun 5 manatını pəncərənin qarşısına qoydu, sonra getdi”.
“Bacına görə 15 manat verirəm ki...”
Lətifə Səmədovanın izahatına görə, aradan təxminən 15 dəqiqə keçdikdən sonra həmin oğlan yenidən onların həyətinə gəlib:
“Mən həmin şəxsi birinci dəfə bizə gəlib-getdikdən sonra evimin həyət darvazasını içəridən bağlamışdım. Mən həmin oğlanın evə daxil olmasını gördüm. Ona dedim ki, evin həyətinə necə keçdin. Həmin oğlan mənə dedi ki, evin giriş darvazasını döydüm, qapını açan olmadı, ona görə də hasarın üstündən həyətə daxil oldum. Həmin oğlan həmin vaxt mənə dedi ki, kartımda 52 manat pul var idi, həmin pulu bankomatdan çıxartdım, bir hissəsini borcuma verdim, bir hissəsini, yəni 5 manatını taksiyə verdim, 2 manatına özümə siqaret almışam. Qalan 15 manatını isə sənə verirəm ki, bacınla cinsi əlaqədə olum. Mən də razılaşdım”.
“Dedim ki, Ləman ilə 10 dəqiqə bir yerdə olmusan”
Lətifə Səmədova qeyd edib ki, Ləman ilə həmin oğlanın arasında otaqda mübahisə yaranıb:
“Mən həmin oğlana dedim ki, paltarını geyin, burdan get. Həmin oğlan mənə dedi ki, onda verdiyim 15 manatı qaytar. Mən isə ona dedim ki, Ləmanla 10 dəqiqə bir yerdə olmusan, pulu qaytara bilmərəm.
Bundan sonra mən həmin oğlanla evin həyətinə çıxdım. Pulu ona qaytarmadığıma görə aramızda mübahisə baş verdi. O, bir əli ilə saçımdan tutub, başımı aşağı əydi və digər əli ilə əynindəki gödəkçənin döş cibindən bıçağı götürdü, bir dəfə qarın nahiyəmdən vurdu”.
“Əvvəllər münasibətim olmayıb”
Lətifə Səmədova əlavə edib ki, həmin oğlanı ilk dəfə noyabrın 24-də onlara gələndə görüb:
“Əvvəllər həmin oğlanı görməmişəm, tanımamışam, onunla heç bir münasibətim olmayıb”.
Digər zərərçəkmiş Ləman ifadəsində göstərib ki, hadisə baş verən günü onların evinə gələn Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Sədi Kərimov olub.
Hökm oxundu...
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Kərimov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sədi Kərimov apelyasiya şikayəti verib.
Sədi Kərimov bu qətl hadisəsini törətmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sədi Kərimovun cəzası 11 ilə qədər yüngülləşdirilib.
Kasasiya şikayəti təmin olundu
Bu qərardan narazı qalan Sədi Kərimov yenə də kasasiya şikayəti verib. O, kasasiya şikayətində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə yenidən apelyasiya instansiyasında bəraətverici əsaslarla baxılmasını istəyib.
Ali Məhkəmədə onun kasasiya şikayəti hakim Tahir Kazımovun sıdrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda kasasiya şikayətinin təmin olunması barədə qərar elan edib.
İşə yenidən baxılacaq
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu səbəbdən iş materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə prosesi başlanacaq.
Xəbərin oxunma sayı : 1123
Kriminal
Xəbərlər
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
TOP 10
ARXİV