Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Meqa Siti Holdinq”in özbaşınalığı - Aldadılan, küçədə qalan sakinlər

Tarix 15.03.19, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yaşayan sakinlər etiraz edir.

Yenicag.az-a sakinlərdən daxil olmuş məlumata əsasən, onlar “Meqa Siti Holdinq” MMC adı ilə fəaliyyət göstərən şirkətdən narazıdırlar.

Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 28.06.2007-ci il tarixli, 301 saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilmiş “Meqa Siti Holdinq” MMC–yə məxsus çoxmərtəbəli yaşayış binası 10 ildir ki təhvil verilmir. Bununla da şirkət həm sakinləri, həm də müraciət edilən aidiyyəti dövlət orqanlarını aldatmaqda davam edir.

MMC–yə məxsus çoxmərtəbəli yaşayış binasının tikintisinin tezliklə tam başa çatdırılıb, binanın istismara təhvil verilməsi üçün müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsi barədə Prezident Administrasiyası tərəfindən müvafiq qurumlara tapşırıq verilib. Lakin müraciətlərə qeyri-ciddi yanaşılır.

Sakinlər iddia edir ki, onların müraciətlərinə cavab olaraq binada sürətli tikinti yekunlaşma işlərinin getdiyi bildirilib. Reallıqda isə 10 ildən çox vaxta tikilməsinə baxmayaraq, bina tam hazır deyil və nəzərdə tutulan vaxtda təhvil verilmir. Su anbarı, paylayıcı elektrik stansiyası, avtomaşınlar üçün qaraj, liftlər və binanın üst hissəsi tikilməyib. Hər dəfə gecikməyə səbəb kimi müxtəlif bəhanələr gətirilib və bina vəd olunan müxtəlif tarixlərdə də bina payçılarına təhvil verilməyib.

Adıçəkilən MMC–də əyani olaraq icraçı direktor kimi göstərilən Məmmədov Elnur Adil oğlu (hazırda həbsdədir) və binaya əsasən rəhbərlik edən 4 təsisçi Qədirov Aqil Əhməd oğlu (hazırda həbsdədir), Nuruyev Fariz Əsgər oğlu, Nəsirzadə Fərhad Rauf oğlu və Zeynalov Maksim Ağaqulu oğludur.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə də məktub ünvanlayıb.

Sözügedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
“Meqa Siti Holdinq”in özbaşınalığı
“Meqa Siti Holdinq”in özbaşınalığı
“Meqa Siti Holdinq”in özbaşınalığı
“Meqa Siti Holdinq”in özbaşınalığı
“Meqa Siti Holdinq”in özbaşınalığı
“Meqa Siti Holdinq”in özbaşınalığı








Xəbərin oxunma sayı : 757




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap