Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mesaj yazıb, arvadı ilə münasibətdə olduğunu deyib“ - Namus cinayətinə 10 il 6 ay cəza istənildi

Tarix 24.08.18, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


Qohumunu namus üstündə öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılıb.

AzFakt.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Natiq Abbasov ifadə verib.

O, zərərçəkmiş şəxs Süleyman Abdullayevlə qohum olduğunu deyib. Məhkəməni inandıra bilməsə də, o deyib ki, hadisənin hansı səbəbdən baş verməsindən xəbərsizdir.

"Evdə olanda səs-küy eşitdim. Qaynımgillə eyni həyətdə yaşayırıq. Bıçaqlanan Süleyman da qaynımın oğludur. Səs eşidəndə fikirləşdim ki, yəqin Süleyman yenə də kiminləsə dalaşıb. Çünki bir az nadinc uşaq idi. Amma sonra qayınanamgil də o tərəfə qaçdı. Mən çölə çıxanda bildim ki, Süleyman bıçaqlanıb. Amma ayaq üstə dayanmışdı. Mən maşını gətirdim, xəstəxanaya apardıq"- deyə şahid bildirib.

Məlum olub ki, şahid Abbasov istintaqda tamamilə fərqli ifadə verib və hadisənin baş vermə səbəblərini danışıb. Amma o, məhkəmədə israrla həmin ifadədən imtina edib və istintaq zamanı təhqiqatçının onu aldatdığını iddia edib. Amma hakim ona xatırladıb ki, istintaqda dedikləri kifayət qədər ciddi ittihamdır. Əgər həmin ifadə məhkəmədə elan olunarsa, sonradan onlar arasında problemlər yarana bilər. Hakim tərəflərin həmin ifadə ilə tanış olduğunu bildirib.

Prosesin davamında hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında Aqil Abdullayevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihamda göstərilir ki, Süleyman dəfələrlə Aqilə mesaj yazaraq həyat yoldaşı ilə arasında münasibət olduğunu deyərək onu təhqir edib. Sonuncu dəfə də onu məsələni həll etməyə çağırıb.

Elan olunmuş ittiham üzrə A.Abdullayev özünü qismən təqsirli bilib. O söyləyib ki, Süleyman Abdullayev onu dəfələrlə təhqir edib.

"Hətta mənə mesajlar da yazırdı. Mən də bu barədə onun valideyinlərinə məlumat vermişəm. Sonda da belə oldu. Onu bıçaqla necə vurduğum yadımda deyil. Həmin zaman bıçağı əlimdən aldılar. O, mənim arvadım haqda artıq-əskik danışırdı. Süleymana dedim ki, mənim üç uşağım var, əl çək bizdən"- deyə Abdullayev söyləyib.

Məhkəmədə zərərçəkmiş Süleyman Abdullayev də dindirilib. O deyib ki hadisə aralarındakı pul söhbəti üstündə baş verib. Süleyman Abdullayev təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç nə baş vermədiyini deyib.

Qeyd edək ki, cinayət hadisəsi bu il aprelin 2-də Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Həmin ünvanda 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğlunun olduğu müəyyən edilib. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. Daha sonra saxlanılan A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ittiham irəli sürülüb./musavat.com/



Xəbərin oxunma sayı : 460




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap