Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Məsələ yaşlı olmaqda deyil…” – Akif Əlizadə

Tarix 15.12.17, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


“Bəzən Elmlər Akademiyasını günahlandırırlar ki, orada işləyənlər yaşlı nəslin nümayəndələridir. Məsələ yaşlı olmaqda deyil, intellektual nailiyyətdədir”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib.

Yaşlı alimlərin uğurlu fəaliyyətlərinə dair nümunələrdən söz açan A. Əlizadə deyib ki, heykəltəraş Ömər Eldarovun yaxın vaxtlarda 90 yaşı tamam olacaq: “Onun əsərlərinin sorağı ölkəmizdən çox uzaqlardan gəlir. Biz nəsillər arasında varisliyə nail olmaqdan danışarkən yaşlı nəsillərin təcrübəsinin gənc alimlərə ötürülməsini nəzərdə tuturuq. İnanırıq ki, ali məktəblər AMEA-nın potensialından istifadə edərək gənc alimlərin yetişdirilməsinə nail olmalıdırlar”.

AMEA prezidenti qeyd edib ki, hazırda dünyada diqqəti cəlb edən amillərdən biri texnologiyaların sürətlə intellektuallaşmasıdır: “Biz bu prosesdə ən modern nailiyyətləri izləməli, bu sahədə müəllifliyə də nail olmalıyıq. Gənclər bu sahədə ixtiraların müəllifi olmalıdırlar. AMEA-nın magistraturasının yüksək səviyyəli proqramçılar yetişdirməsinə də ehtiyac var. İnnovativ dəyər yaradan yeni gənclik yetişməlidir. AMEA-nın Yüksək Texnologiyalar Parkı yaradılıb və burada bir çox layihələr həyata keçirilir. Həmin parkda gənc rezidentlər də var. Müdafiə Nazirliyi tərəfindən gənc alimlərin sınaqları yüksək dəyərləndirilib “.



Xəbərin oxunma sayı : 598




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap