Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Meyvə-tərəvəzimizi hara ixrac edək? - Rusiyadan qurtulmağın yolları axtarılır

Tarix 26.02.21, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan meyvə-tərəvəzini ixrac etmək üçün yeni bazarları araşdırmağa  başlayıb.

AzFakt.com xəbər verir ki, bu barədə bizim.media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. 
Bildirilib ki, Körfəz ölkələri və Avropa bazarlarının araşdırılması ilə bağlı işlərə artıq start verilib. 

Müvafiq qurumun bu araşdırması yerli sahibkarların da ürəyincədir. Sahibkar Bəşir Quliyev bildirir ki, Avropa və ərəb ölkələrinə çıxmaq  iş adamları  üçün əlverişli olar: 

“Risksiz və dayanıqlı bazar üçün  Avropa  ölkələri ən yaxşı seçimdir. Əgər heç bir saziş, üzvülük olmasa bizə ən yaxın bazarlara üstünlük verməliyik. Elə ölkələr olmalıdır ki, məhsul ora gedib çıxana kimi xarab olmasın”. 

İqtisadçı ekspert Natiq  Cəfərli də təsdiqləyir ki, ən cəlbedici bazar Avropa bazarıdır. Çünki, burada  500 milyon əhali yaşayır, 27 ölkəni əhatə edir:

“Sadəcə bu bazara çıxış üçün müəyyən çətinliklər mövcuddur. Bu çətinliklər həm Azərbaycan, həm də Avropa bazarından qaynaqlanan problemlərdir. Azərbaycanın çətinliyi Ümumdünya Ticarət Təşkilatına üzv olmamasındadır”.

Ekspert deyir ki, Azərbaycan Avropa Birliyi ilə saziş bağlamaq üçün uzun zamandır ki, danışıqlar aparır:

“Bu sazişin bağlanması ilə Azərbaycan məhsullarının Avropa bazarına çığarılması xeyli asanlaşacaq. Bu da uzanır. Ümid edirəm ki, bu müqavilə bu il bağlanar. Xarici İşlər Nazirliyi də bu istiqamətdə müsbət açıqlamalar verib”.
 
Müsahibimiz vurğulayır ki, bizdən qaynaqlanan digər məsələ ondan ibarətdir ki, biz Rusiya bazarının standartlarına  öyrəşib, vərdiş etmişik: 

“Avropa bazarında qablaşdırma və keyfiyyətin  ayrı-ayrı standartları var. Bizim fermerlər belə tələbləri bilmir, bacarmırlar. Bu yöndə dövlət tərəfindən də iş adamlarına kömək lazımdır”. 

Kənd təsərrüfatı mütəxəssisi Zülfü Məmmədov söyləyir ki, potensial bazar kimi Azərbaycan meyvə - tərəvəzini  Körfəz və Avropa ölkələrindən başqa, Xəzərin o tayına da ixrac edə bilər. Məsələn bura Qazaxıstan, Tacikistan, Qırğızıstan və  Baltikyanı ölkələr daxildir:  

“Prespektivdə Almaniya,İsveçrə, Skandanaviya ölkələri də yer alır. Hətta Afrikayada meyvə-tərəvəz ixrac edə bilərik. Narımızın ən böyük alıcısı isə  Amerika Birləşmiş Ştatlarıdır”- deyə bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı məsələsinə yenidən baxması ilə bağlı tapşırıqlar verib.

İxrac, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmalı olduğunu da vurğulayıb.
 



Xəbərin oxunma sayı : 391




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap