Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

MHP lideri Dövlət Baxçalı qanlı 20 Yanvar hadisələrinə görə Azərbaycan xalqına başsağlığı verib

Tarix 21.01.17, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


MHP lideri Dövlət Baxçalı qanlı 20 Yanvar hadisələrinə görə Azərbaycan xalqına başsağlığı verib.

Axar.az Hürriyət-ə istinadən xəbər verir ki, partiya lideri Tvitterdə Azərbaycanın azadlıq uğrunda böyük çətinliklərə sinə gərdiyini yazıb:

“20 Yanvar 1990-cı il tarixi türk milləti, xüsusilə, azərbaycanlı qardaşlarımız üçün qaranlıq və acı bir tarixdir. 20 Yanvarda türkün qanı axıb.

27 il öncə 19-dan 20-ə keçən gecə Bakıda cinayət və şiddət baş verib, rus tankları soydaşlarımızın üzərinə yeridilib.

Müstəqillik sevdasını cəsarətləri ilə birləşdirib zülmə meydan oxuyan, əsarətə dözməyən qardaşlarımız qəddarcasına hədəfə alınıb.

Bakı küçələri atəşə qərq olub, tankların gürultuları məzlumların fəryadını boğub, kin və zalımlıq vulkan kimi partlayıb.

Nəticədə Dağlıq Qarabağ işğalına etiraz üçün toplanan, ancaq hücuma məruz qalan soydaşlarımızdan 143-ü şəhid olub, 611-i yaralanıb.

Üçrəngli bayraqlarının altında azad və müstəqil yaşamaq iradəsi və istəyi ilə şəhadətə qovuşan qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

Türkçülüyün yaşadığı hər coğrafiya bizim diqqətimizdədir.

Azərbaycanlı soydaşlarımız türkdür, türk millətinin əsl mənsublarıdır”.

Baxçalı “Rəcəb İvedik 5” filmində Azərbaycanda sərt etiraza səbəb olan səhnəciyə də münasibət bildirib:

“Bir filmdəki boks səhnəsi bizim tarix və mədəni bağlarımıza zərər verə bilməz, zədələnməsinə heç bir millət övladı izn verməz.

Coğrafiyalarımız ayrı, dövlətlərimiz fərqli ola bilər, amma biz eyni millətin ürəkləri bir atan övladlarıyıq.

Bakıda mahnı, Ankarada oyun havasıyıq. Gəncədə dastan, Dumlupınarda zəfərik. Xocalıda göz yaşı, Qarsda duayıq.

Bir tərəfimiz Bəxtiyar Vahabzadədirsə, digər tərəfimiz Məhməd Akif Ərsoydur. Bizim fikrimizdə Qaracaoğlan nədirsə, Qurbani də odur.

Qubada səs verən balaban, Xızıda dilə gələn tar Ərzurumda vuran davulun, İstanbulda ötən neyin əkiz qardaşıdır.

Mustafa Kamal nə qədər türkdürsə, Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Əbülfəz Elçibəy də o qədər türkdür, türkün iftixar siyahısının zirvələridir”.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap