Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İmişli DSMF-nin müdiri: Veilən pul rüşvət deyil sadəcə şirinlikdir

Tarix 22.06.17, 5:16

Font ölçüsü : - / +
bitmap-img6


Əgər sələfi, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun komandası 6=6 prinsipini gizli həyata keçirirdilərsə, cənab Müslümovun komandasında təmsil olunan şöbə müdiri və əməkdaşlar kimsədən çəkinmədən aldıqları rüşvəti “şirinlik” deyə yarlıklayırlar.

Səlim Müslümovun rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində fəaliyyət göstrən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İnitqam Əliyevin Ağdam rayonundan məcburi köçkün, İmişli rayon Bəciravan kəndində məskunlaşmış II qrup əlil Yaqub Orucova qarşı məqsədli təzyiqləri ilə bağlı müsahibəsini və ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun təqaüdü hesabına köçürülməyən III qrup əlildən müxtəlif bəhanələr gətirməklə, 30 manat rüşvət istədiyi səs yazısını ötən saylarımızda oxucuların, o cümlədən ƏƏSMN-nin rəhbərliyinin diqqətinə çatdırdıq. 



Xatırladaq ki, məlumatın dərcindən sonra Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucov təkrar redaksiyaya telefon açaraq İmişli DSMF-nin müdiri İntiqam Əliyevin onu iş otağına dəvət etdiyini bildirdi. Y.Orucovla telefon söhbəti zamanı o təkrar bildirdi ki, II qrup əlil övladına qarşı atılan bu addım DSMF sədrinin ondan maddi istəklərinin olması ilə əlaqədardır. “...Onlar demək olar ki, məni 4-5 ay gözləyiblər.” Əməkdaşımızın “nə üçün?”- sualına “...”hörmət” etməyimi “ – cavabını verən Orucov əlavə olaraq bildiridi ki, “İmişli DSMF-də məndən əlil övladımın dövlətdən aldığı təqaüdün iki- üç ayını onlara verməyi gözləyirmişlər.” Xatırladaq ki, Y.Orucov ötən müsahibəsində qeyd etmişdi ki: “Əgər məndən umacaqları olmasa idi sənədlərimi əvvəldən qəbul etməzdilər. Mən sənədi təqdim edəndə İmişli DSMF-nin əməkdaşı biz sənin işini “düzüb-qoşacağıq”, səndə bu işlərin necə həll olunduğunu bilirsən də? – deyə mənə istəyini açıq şəkildə bildirmişdi.” İkinci müsahibəsində də eyni iddiaları söyləyən Yaqub Orucov yenidən DSMF-yə dəvət olunanda ona daha övladının dövlətdən aldığı təqaüdə toxunmayacağlarını söyləyiblər. Əvəzində isə məcburi köçkünün guya əsəbi halda müsahibə verməsi ilə bağlı izahat yazması təklif edilib. İmişli DSMF-dəki mənbənin verdiyi məlumata görə DSMF-nin müdiri İntiqam Əliyev müsahibədəki ittihamlarla tanış olandan sonra bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşının əlildən rüşvət istəməsi qanun pozuntusu deyil, sadəcə şirinlikdir. Göründüyü kimi İmişli DSMF-də artıq iş prinsipinə çevrilmiş rüşvətalma halları qanuniləşməsə də, gündəlik fəaliyyətin bir növüdür. Məsələnin ən qəribə tərəfi isə özünü təyinatının ilk günlərində cəmiyyətə prinsipial nazir olaraq təqdim edən Səlim Müslümovun medianın konkret faktlarla təqdim etdiyi problemə seyriçi mövqeyidir. Əgər sələfi, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun komandası 6=6 prinsipini gizli həyata keçirirdisə, cənab Müslümovun komandasında təmsil olunan şöbə müdiri və əməkdaşlar kimsədən çəkinmədən aldıqları rüşvəti “şirinlik” deyə yarlıklayırlar. Və belə davam edəcəyi təqdirdə xalqın əsasən aztəminatlı qrupuna xidmət üçün yaradılan dövlət qurumunun, yaxın gələcəkdə rüşvətin leqallaşdırılması ilə bağlı aidiyyatı strukturlara rəsmi müraciət edə biləcəyi də ehtimal olunur. Yenə də söz Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümovundur. 

Araşdırmamız davam edir.
Mövzuya qayıdacağıq. 

P.S. Redaksiya Ağdam rayonundan məcburi köçkün, II qrup əlil, İmişli rayon Bəciravan kəndində məskunlaşmış Yaqub Orucovdan götürdüyü ikinci audio – müsahibəni təqdim edir. 



Mənbə: Conflict.az




Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap