Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İmişli polisi mal-qara oğurluğu ilə məşğul olan dəstə yaxaladı

Tarix 02.06.17, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri ilə mal-qara oğurluğunun üstü “isti izlərlə” açılıb

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, mayın 27-də İmişli rayonu, Çaxırlı kənd sakinlərinin Araz çayının kənarındakı otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qaradan yeddisi geri qayıtmayıb. İki gün aparılan axtarış nəticə vermədiyindən mayın 29-da kəndin beş sakini bu barədə polis şöbəsinə müraciət edib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin ərazidə iki gün əvvəl dövlət nömrə nişanı məlum olmayan “QAZ-53” markalı yük maşınının görünməsi barədə məlumat əldə ediblər. Müvafiq tədbirlərlə həmin nəqliyyat vasitəsinin Cəbrayıl rayon sakini Fuad Məmişova məxsus olması dəqiqləşdirilib və o, şübhəli şəxs qismində RPŞ-yə gətirilib.

Ətrafında aparılan tədbirlərlə onun oğurluğu digər həmyerliləri Aruz Paşalı və Qalib Həsənli ilə birlikdə törətdiyi müəyyənləşib. Əməliyyat tədbirlərinin davamı olaraq onlar da tutulublar.

Hər üç şəxs 7 baş heyvanı Biləsuvardakı mal bazarında 4400 manata satdıqlarını və pulu aralarında böldüklərini etiraf ediblər.

Satışdan əldə olunan pul maddi sübut kimi götürülüb, həmçinin onların həmin heyvanları satdıqları qəssablar da müəyyənləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 172




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap