“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İmişlidə 500 fəhlə işdən qovuldu - İcra başçısı Bakıya gəldi

Tarix 22.01.20, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


İmişli Şəkər Zavodunun 500 fəhləsi işdən qovulub.

AzFakt.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözü gedən zavodun fəhlələri məlumat verib. Onların sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:

“Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir. Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, “məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız”. Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə “işə qayıdacaqsınız” vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu. İndi məsələyə İmişli İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib”.

Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Təranə Cabbarova İmişli Şəkər Zavodunda baş verənlərdən xəbərsiz olduğunu dedi:

“Məlumatım yoxdur. Birinci müavin Səfa Ağayevlə əlaqə saxlayıb sizə məlumat verərəm”.

Yarım saatdan sonra Təranə Cabbarova redaksiyaya yenidən zəng edərək bunları deyib:

“Birinci müavin Səfa müəllim dedi ki, belə bir şey yoxdur”.



Xəbərin oxunma sayı : 1285




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap