Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İmişlidə şok hadisə:maskalı şəxslər evə basqın etdi, qadınları döyüb nişanlı qızı qaçırdılar

Tarix 06.03.19, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda adam oğurluğu faktı qeydə alınıb.

Hadisə İmişli rayon Əliqulular kəndində baş verib.

 Belə ki, gecə saat 04 radələrində kənddəki evlərdən birinə basqın edən 4 nəfər maskalı şəxs rayon sakini 2002-ci il təvəllüdlü Məmmədli Fədayə Sadiq qızını oğurlayıblar.

Oğurlanan qızın atası Sadiq Məmmədov bildirib ki, o, hadisə vaxtı mal bazarında olub və cinayətkarlar həmin vaxt evə basqın ediblər: "Mart ayının 4-dən 5-nə keçən gecə 4 nəfər şəxs Əliqulular kəndində olan evimə basqın ediblər. Evdə həmin vaxt qızımla birlikdə anası, nənəsi və xalası olublar. Onlar birinci həyətə daxil olaraq iti öldürüblər, daha sonra isə evə giriblər. Bu zaman səsə oyanan anamı ağzından tutaraq boğmaq istəyiblər. Digər qadınları isə döyüblər. Məhz bundan sonra qızımı qaçırda biliblər. Anam isə hazırda xəstəxanadadır”.

S.Məmmədov deyib ki, qızını oğurlayan şəxsləri tanıyır və onlar daha əvvəl F.Məmmədli üçün elçiliyə gəliblər: "Hadisə baş verən günü evə basqın edən şəxslərdən birini anam tanıyıb. Onlar kəndimizdən yaşayan şəxslərdir. Bir müddət əvvəl bizimlə eyni kənddən olan Balakişiyev Əhməd oğlu Elməddin üçün qızımı istəməyə gəlmişdi, ancaq mən qızımı onlara vermədim. Daha sonra isə Fədayəni öz qohumumun oğluna nışanladım. Hazırda Fədayənin nişanlısı hərbi xidmətdədir”.

Zərərçəkən əlavə edib ki, qızın qaçırılması ilə bağlı rayon prokurorluğuna və polis şöbəsinə məlumat verilib.

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi araşdırma aparır.

Trend



Xəbərin oxunma sayı : 355




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap