Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Milan” başını itirib” – “Roma”nın prezidenti

Tarix 28.07.17, 18:08

Font ölçüsü : - / +
bitmap-img6


“Roma”nın amerikalı prezidenti Ceyms Pallotta bu yay yeni transferlərə ümumilikdə 210 milyon avro xərcləyən “Milan”ı tənqid edib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, “qırmızı-qaralar”ın bu addımını ağılsızlıq adlandırıb.

“Mən başa düşmürəm, nə baş verir. Bu qədər pul xərcləməyin mənası yoxdur. Birincisi, klubun indiki sahiblərinin “Milan”ı almağa pulları yox idi. Onlar mənim Londondakı dostlarımdan yüksək faizlə 300 milyon avro kredit götürüblər. İndi isə onlar futbolçulara bu qədər böyük məbləğdə pul sərf edirlər. Deyirlər ki, Çempionlar Liqasına düşmək üçün bu addımı atırlar. Amma klubun gəliri ilə maaşlara verilən pul təxminən bərabər olanda mən anlaya bilmirəm ki, hansı axmaqlıq baş verir. “Milan” A seriyasında yeganə komandadır ki, başını itirib. Ola bilər ki, onların bizim nə zamansa başa düşə biləcəyimiz hansısa nəhəng biznes-planı var. Digər klublar özlərini “Milan” kimi aparmır. Kimsə mənə bu klubun strategiyasını başa salsın”.



Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap