Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Milli Şura və AXCP-nin məqsədi təxribat törətmək, ara qarışdırmaqdır“ - Siyavuş Novruzov

Tarix 18.11.18, 0:31

Font ölçüsü : - / +
bitmap-img6


Milli Şura adlanan qurumun və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməyə cəhd etməkdə məqsədi təxribat törətmək və ara qarışdırmaqdır.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Milli Dirçəliş Günü ilə Milli Şura arasında heç bir əlaqə yoxdur:

"Onların belə aksiya keçirməyə haqları da çatmır, çünki onlar yalnız şəxsi məqsədlərini güdürlər. Görünür, xarici dairələrdən yeni tapşırıq alıblar. Aksiyanı da ona görə qeyri-qanuni keçirməyə cəhd ediblər ki, polis müdaxilə etsin və polis müdaxilə edən kimi də dərhal Avropaya müraciət etsinlər ki, guya Azərbaycanda insan hüquqları, sərbəst toplaşma azadlığı pozulur. Bunların əsl məqsədi budur".

Millət vəkili əlavə edib ki, radikal müxalifət həm də belə qanunsuz aksiya keçirməyə cəhd etməklə cəmiyyətə öz varlıqlarını, mövcud olduqlarını göstərməyə çalışır.



Xəbərin oxunma sayı : 346




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap