Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Milliyyet”in manşet yazısı - Lotu Quli-Rövşən Lənkəranski qarşıdurması...

Tarix 06.11.17, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə mediası azərbaycanlı kriminal aləm liderlərinin qanlı hesablaşmasından yazdı

Azadlığa çıxandan dərhal sonra İstanbula gedən “qanuni oğru” Nadir Səlifovla (Lotu Quli) mərhum Rövşən Lənkəranskinin adamları arasında baş verən hesablaşma Türkiyə mediasının əsas xəbərlərindən biri olub. 

Musavat.com xəbər verir ki, Türkiyənin “Milliyyet” qəzeti İstanbulun Bahçelievlər bölgəsindəki bir alış-veriş mərkəzində iki gün öncə gerçəkləşən bir əməliyyatın altından beynəlxalq media hesablaşmasının çıxdığını yazıb. Qəzet Azərbaycan mediasına istinadla xəbər verib ki, əməliyyat nəticəsində saxlanılanlar Rusiya və Qafqaziın ən nüfuzlu mafiya liderlərindən olan Lotu Quli ləqəbli Nadir Səlifova sui-qəsd hazırlığında idilər. “Milliyyet” eyni zamanda saxlanılanlar arasında ötən il İstanbulun Beşiktaş bölgəsində qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (R.Lənkəranski) qardaşı Namiq Canıyevin də olduğunu qeyd edib.

Baxçalıevlərdəki “Ömür” ticarət mərkəzində keçən həftənin cümə axşamı günü xüsusi təyinatlı polis qüvvələri və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin heyəti basqın edib və yeraltı dünyasında ‘Şirinler qrupu” olaraq bilinən Mehmet Sabri Şirin və yanındakıları gözaltına alıb. Saxlanılan və aralarında azərbaycanlıların da olduğu qrup “Lotu Quli” ləqəbli azərbaycanlı mafiya lideri Nadir Səlifova sui-qəsd hazırlığında idilər. Səlifovun qaldığı evə basqın etmək üzrə hazırlanan 11 nəfərlik heyətə keçən il Beşiktaşda öldürülən azərbaycanlı mafiya liderinin qardaşı Namiq Canıyev liderlik edirdi.

“Milliyet”in yazısında bildirilir ki, Namıq Canıyev 17 avqist 2016-cı ildə öldürülən azərbaycanlı mafiya lideri, “Xəyalət” ləqəbli Rövşən Canıyevin qardaşıdır. İddialara görə, Canıyev böyük qardaşının intiqamını almaq üçün Türkiyədəki Lotu Quıinin izinə düşüb və türk mafiyası ilə münasibətlər qurub. “Ömür”də saxlandıqları zaman da bu sui-qəsd cəhdi ilə bağlı yığıncaq keçirirmişlər.

“Milliyyet” yazır ki, Rusiyada başlayan, Ukrayna, Gürcüstan və Türkiyəyə də sıçrayan bu mafiya hesablaşmaları 16 yanvar 2013-cü ildə Rusiyanın tanınmış mafiya liderlərindən Ded Xasanın öldürülməsiylə başlayıb. Onun qətlini təşkil etdiyi iddia edilən Rövşən Canıyev ötən il Beşiktaşda öldürülüb. Bu sui-qəsdin cavabdehi olduğu iddia edilən Lotu Qulinin adamlarından Elşən Əmircanki də 11 sentyabr 2017-ci ildə Gürcüstanda öldürülüb.









Xəbərin oxunma sayı : 280




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap