Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Minimum əməkhaqqı 280 manat, pensiya yaşı 60 olmalıdır” –Ekspertlər hökuməti bazar şərtlərinə uyğun addım atmağa çağırırlar

Tarix 17.02.19, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Fevral ayı daha çox minimum əməkhaqqının 130 manatdan 180 manata, əmək pensiyalarının 3 faiz və tələbə təqaüdlərinin 20 faizə yaxın artması ilə yadda qaldı.

Bəs sosial sahədə daha hansı qərarlar qəbul edilməlidir ki insanların həyat şəraiti yaxşılaşsın?

Strateq.az “Azadlıq” radiosunun bununla bağlı iqtisadçılar arasında keçirdiyi sorğusunu oxuculara təqdim edir:

 

“Təqaüdlərin indeksasiyası qiymətlərin artım tempinə uyğun həyata keçirilməlidir”

 

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev artımlarla bağlı qəbul edilən qərarları təqdir etsə də, onun yetərli olmadığını düşünür.

O deyir ki, minimum əməkhaqqı minimal ehtiyac zənbilinin gerçək vəziyyətini ifadə etmir. İqtisadçının sözlərinə görə, aparılan birbaşa və dolayı hesablamalar göstərir ki, istehlak səbətinin hazırkı dəyəri təxminən 270-280 manat üzərindədir. Ona görə də minimum əməkhaqının ən azı həmin rəqəmə çatdırılmasının vacibliyini qeyd edir:
















“Bu addım pensiyaların minimal həcminin və təqaüdlərin həcminə münasibətdə də elədir. Bir insanın ay ərzində sərf etdiyi kalorinin yerini doldurmaq üçün rəqəmlər çox olmalıdır. İkinci, verilən qərarların davamlı olması vacibdir. Çünki ölkə başçısının məlum qərarları xalqın narazılığının üzə çıxması ilə əlaqədardır. Bu baxımdan hər il təqaüdlərin indeksasiyası qiymətlərin artım tempinə uyğun həyata keçirilməlidir”.

O, 2018-ci ildə apardıqları hesablamalar zamanı idxal mallarının qiymətinin 30 faiz, daxili istehlak bazarındakı qiymətlərin 10 faizdən çox artdığını söyləyir:

“Amma bu artımın doğurduğu psixoloji təsirlər də var, yerli malların, xidmətlərin qiymətləri də qalxıb. Belə baxanda daxili bazarlarda qiymətlərin artım tempi çox yüksəkdir, yəni əməkhaqqlarının, pensiya və təqaüdlərin artım tempini çox üstələyir. Odur ki, indeksasiya tədbirləri keçiriləndə qiymətlərin artım tempini mütləq nəzərə almaq lazımdır. Əks təqdirdə, atılmış addımların real həyatda heç bir nəticəsi olmayacaq. Təqaüdlərdə, orta aylıq əməkhaqlarında, pensiyalarda artımlar həyata keçirilsə də, insanların həyat səviyyəsi pisləşməkdə davam edəcək”.

“Pensiya yaşı dəyişdirilməlidir”

İqtisadçı Vüqar Bayramov da minimum pensiya və əməkhaqqının artırılmasını müsbət hal sayır. Bunun davam etdirilməsinə ehtiyacolduğunu düşünür. İqtisadçı bu məqsədlə bir neçə ildir müzakirə edilən iki baçlıca problemin həlli istiqamində addımların atılmasını gərəkli olduğunu da bildirir. Bunlardan biri problemli kreditlər, digəri təqaüd yaşı ilə bağlıdır.

Vüqar Bayramov pensiya yaşının 65-ə çatdırılmasının tərəfdarı olmadığını bildirir. Onun qənaətincə, ən azı Rusiyadakı metodun tətbiqi daha məqsəduyğun olardı, “pensiya yaşının 60, əmək pensiya yaşının isə 65 müəyyənləşməsi daha vacibdir”. İqtisadçının sözlərinə görə, bu durumda 60 yaşdan sonra Azərbaycan vətəndaşları da pensiyadan istifadə hüququ qazana bilər:

“Pensiyanın hesablanması qaydasının təkmilləşdirilməsinə, xüsusən də pensiya məbləğlərində daha çox artıma nail olunması ehtiyac var, bu, insanların sosial müdafiəsi baxımından çox vacibdir. Əməkhaqlarının, xüsusən minimum əməkhaqqının orta aylıq əməkhaqqının 60 faizə çatdırılması istiqamətində fəaliyyətlərin genişlənməsi daha məqsəduyğun olardı. Eyni zamanda, sosial proqramların icrasına, xüsusən vətəndaş cəmiyyətinin nəzarətinin və monitorinqinin gücləndirilməsinə cəlb olunması vacibdir. Belə olarsa, daha çox vətəndaşın sosial təminatdan faydalanması olə nəticələnər”.

İqtisadçının fikrincə, hökumət eyni zamanda manatın devalvasiyasından öncə xarici valyuta ilə götürülmüş kreditlərlə bağlı bağlı qərar verməlidir:
















“Vətəndaşların gəliri manatladır, amma onların böyük bir qisminin borcu dollar, yaxud başqa xarici valyutayladır. Xüsusən də manat möhkəm olan illərdə alınan xarici valyutaların ödənməsində problemlər var. Vətəndaş 10 min dollar kredit götürmüşdüsə, o zaman bu məbləğ 7800 manat idi, devalvasiya nəticəsində məbləğ 17 min manata qədər qalxıb, üzərinə faizləri gəldikdə, hansı mənzərənin yarandığını görmək çətin deyil. Hazırda banklarda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Bu, ümumi kredit portfelinin 12 faizindən çox deməkdir. Yəni problemli kreditlərin ümumi kredit portfelindəki payı ikirəqəmlidir, deməli, bu istiqamətdə addımların atılmasına, başlıcası xarici valyutada kredit götürənlərə güzəşt etməyə ehtiyac var”.

​İqtisadçı hələ 2015-ci ildə təmsil olunduğu mərkəzin problemli kreditlərlə bağlı hökumətə təkliflərini təqdim etdiyini və üçtərəfli güzəşt mexanizminin tərəfdarı olduqlarını qeyd edir:

“Bu o deməkdir ki, fərqin hökumət, bank və müştəri arasında bölüşdürülməsi daha məqsəduyğundur. Heç bir tərəfə ağırlıq yaratmır, çünki hər bir tərəf fərqin bir hissəsini ödəyir, həm də dövlət üçün ağırlıq olmadan problemin həllinə nail olunur. Bu halda kredit 1.70 kursu ilə deyil, 1.6 kursu ilə qaytarılacaq ki, bu da vətəndaşlar üçün sosial baxımdan dəstəkdir”.

Problemli kreditlərlə bağlı bəzi deputatlar da hökumətə təkliflərini təqdim ediblər. Hələlik hökumət buna müsbət cavab verməyib.













Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap