Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Minsk Qrupunun fəaliyyətindən danışmaq yersizdir“ - Prezident Ermənistana da xəbərdarlıq etdi + VİDEO

Tarix 27.09.21, 19:51

Font ölçüsü : - / +
bitmap-img6


"İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir"

“İşğal dövründə ATƏT-in Minsk Qrupuna sədrlik edən ölkələr, onların rəhbərləri bir neçə dəfə demək olar ki, 7-8 il əvvəl çox müsbət bəyanatlar verdilər. Onlardan biri də status-kvonun qəbuledilməz və dəyişdirilməli olduğunu açıq şəkildə ifadə etməsidir. Biz də bunu çox müsbət qarşıladıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Mən şəxsən dəfələrlə bu mövzuda fikirlərimi bildirmişəm və bunun çoxdan gözlənilən bir bəyanat olduğunu söyləmişəm. Status-kvonun dəyişdirilməsi işğala son qoymaq deməkdir. Ancaq bu izahatlardan sonra praktiki addımlara keçmədilər. Bundan əlavə, bir müddət sonra bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni ifadə irəli sürüldü: “Status-kvo davamlı deyil”. Bu izahlar arasında çox böyük fərq var. “Qəbul edilə bilməz” var və “davamlı deyil” var. O vaxt da mən onları tənqid etdim və dedim ki, bu mövqe dəyişikliyi Ermənistanın işğalçılıq siyasətinin dəyirmanına su tökür.

Təəssüf ki, növbəti dövr Minsk Qrupunun bu məsələni həll etmək niyyətində olmadığını göstərdi. Və müharibə dövründə, 44 günlük müharibədə, bunu bir daha gördük. Çünki məsələni bizə qarşı BMT-də gündəmə gətirən Minsk Qrupunun həmsədri olan bəzi ölkələr idi. Müharibə davam edirdi, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirdik, ədalət müharibəsi aparırdıq. Belə bir dövrdə BMT-də bizə qarşı hər hansı sanksiya məsələsini qaldırmaq tamamilə ədalətsizlik idi.

Hazırkı dövrə gəldikdə deyə bilərik ki, Minsk Qrupunun fəaliyyətini demək olar görmürük. Demək olar ki, danışıqlar prosesində gəldilər, təkliflər verdilər, prezidentlər səviyyəsində görüşlərin gündəliyini təsbit etdilər, bizə müzakirə ediləcək mövzuları təklif etdilər, hər iki tərəf bu mövzuda danışıqlar aparırdı. İndi müharibənin bitməsindən təxminən bir il keçməsinə baxmayaraq, onlardan heç bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəldilər və mən onlara dedim ki, siz təkliflər verin. Bu məsələni həll etdik. Dağlıq Qarabağ münaqişəsi bitdi. Dağlıq Qarabağ adında inzibati ərazi mövcud deyil. Bu günlərdə BMT Baş Assambleyasındakı çıxışımda bütün ölkələrə müraciət etdim və bundan sonra Dağlıq Qarabağ ifadəsinin işlənməməsini xahiş etdim. Çünki Azərbaycan ərazisində belə ərazi yoxdur. Qarabağ bölgəsi var, Şərqi Zəngəzur var.

Bu halda Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortaya çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi bitdi. İndi nə etmək olar? Etimad tədbirləri, yollar açmaq, dəhlizlər açmaq, sülh prosesini dəstəkləmək, Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamağa çalışmaq. Məncə, onların fəaliyyət dairəsi bundan sonra bundan ibarət olmalıdır. Yoxsa olmayan Dağlıq Qarabağın statusu ola bilərmi? Əlbəttə yox. Mən bunu dedim və bir daha demək istəyirəm ki, kimsə Dağlıq Qarabağa status vermək istəyirsə, öz ölkəsində ərazi versin, orada bir qurum və ya respublika yaratsın. Bununla da müstəqilliyini tanısın. Biz də tanıyaq, amma Azərbaycan ərazisində yox.

İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupundan bu günə qədər bizə heç bir təklif verilməyib. Və heç bir təklif olmadığı üçün Minsk Qrupunun fəaliyyətindən danışmaq yersizdir. Artıq bir il keçir. Nə təklif edirsən? Deyirsiniz ki, bu münaqişə həll olunmalıdır. Azərbaycan olaraq deyirəm ki, özüm bütün təzyiqlərə baxmayaraq, həll etmişəm... Yəni, bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi bildirmişəm. Qalanı onların məsuliyyətidir”, – deyə dövlət başçısı vurğulayıb.



"Erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan 62 nəfərdən ibarət sabotaj qrupu sülhməramlıların məsuliyyət zonasında olan ərazilərə göndərildi” - deyə, “Anadolu”ya müsahibəsində Prezident İlham Əliyev deyib.

Prezident xatırladıb ki, Azərbaycan ordusu həmin təxribatçıları zərərsizləşdirib.

İlham Əliyev qeyd edib ki, 10 noyabr bəyanatında dəhlizlərin açılması məsələsi göstərilir.

“Bildirilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu bağlantı oldumu? Xeyr. Halbuki bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yolla məsafə cəmi 40 kilometrdir”, - deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı daha sonra bildirib: “Biz müharibədən bir il keçdikdən sonra 1000 kilometrdən artıq yol açdıq. Orada da 40 kilometr yolun açılması problem deyil. Ermənistan özü də buna razılıq verib. Aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr bəyanatını, onun şərtlərini kobudcasına pozur”.

Prezident qeyd edib ki, Azərbaycan hələlik səbirli, təmkinli davranır: “Amma bizim səbrimizin də müddəti var. İkinci Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətli aparsın”.











Xəbərin oxunma sayı : 871




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap