Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Miqrant alveri”nə görə 7 azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçildi – Almaniyada + SİYAHI

Tarix 14.11.19, 9:40

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı Azərbaycanın 7 vətəndaşı saxlanılıb.

AzFakt.com “Report”a istinadla xəbər verir ki, Almaniyada qanunsuz miqrasiya işləri (“miqrant alveri”) ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər aşağıdakılardır:

1. Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən – Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli – Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov – Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev – “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi, (Sabir Rüstəmxanlının qardaşı)

6. Rəşad Məmmədov – Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev – Müsavat Partiyasının üzvü

Qeyd edək ki, ötən gün Almaniyada polis “miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib.

Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.



Xəbərin oxunma sayı : 787




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap