Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam” – Qriqol Vaşadze

Tarix 07.11.18, 16:39

Font ölçüsü : - / +
bitmap-img6


“Gürcüstan prezidenti seçiləcəyim təqdirdə Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu “Güc birlikdədir” siyasi blokunun prezidentliyə namizədi Qriqol Vaşadze “Deutsche Welle”yə müsahibəsində deyib.

Q.Vaşadze M.Saakaşvili ilə yanaşı, bütün siyasi məhbusları da əfv edəcəyəni bildirib: “Hüquqşünas kimi mən ədalətin bərqərar olunmasını istəyirəm və bu, belə də olacaq. Gürcüstanın üçüncü prezidenti Gürcüstanda yaşamaq hüququ əldə edəcək. Mixeil Saakaşvilinin bu hüquqdan istifadə edib-etməyəcəyi onun özündən asılı olacaq”.

Prezidentliyə namizəd Gürcüstanın hər bir dərrakəli vətəndaşı kimi ölkəni müasir dövlətə çevirdiyinə görə M.Saakaşviliyə minnətdar olduğunu qeyd edib: “Gürcüstanın hüquq-mühafizə orqanları və ya məhkəmə sisteminin Mixeil Saakaşviliyə sualları varsa, o, bunlara cavab verməlidir. Əgər Saakaşvili Gürcüstanda özünün siyasi gələcəyini qurmaq istəyirsə, o zaman qərarı gürcü xalqı qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək.




Xəbərin oxunma sayı : 178




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap