Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Modern Hospital”da xəstəni səhv müalicə etdilər – Ayağı amputasiya olundu

Tarix 16.10.18, 19:20

Font ölçüsü : - / +
bitmap-img6

Jurnalist Məmməd Həmidovun qohumu “Modern Hospital”da yalnış müalicə edildiyi üçün ayağı amputasiya edilib. 

AzFakt.com xəbər verir ki, unikal.org-a müraciət edən şikayətçi bildirib ki, 18 avqust 2018-ci il tarixində “Modern Hospital”ın “Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasienti 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:

"Modern Hospital"da daha bir NAŞILIQ -

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital"da müalicə etdilər. Nəticədə xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili surətdə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı Modern Hospitalda onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi. Xəstənin ailə üzvləri dəfələrlə səhv müalicəyə görə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital"ın rəhbərliyindən xahiş etdilər ki, Ə.S.Vəliyevin müalicəsi üçün Modern Hospitala ödədikləri 2000 (iki min manat) pul onlara qaytarılsın ki, çox borca düşməsinlər. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə vermədilər. Xəstənin ailəsi Səhiyyə nazirindən kömək istəyir. Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib.Ayağı amputasiya edilən Ə.S.Vəliyevin vəziyyəti kritik olaraq qalmaqdadır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır". 

Məsələ ilə bağlı "Modern Hospital"la əlaqə saxlasaq da, klinikadan baş verən hadisə ilə bağlı heç bir məlumat verməyiblər. 





Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap