Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Moskva Avropada itirdiyi enerji bazarına geri qayıda bilməyəcək“ - ABŞ dövlət katibi

Tarix 02.06.23, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Keçən 10 illik ərzində Moskva Avropanın Rusiya neftindən və qazından asılılığını dərinləşdirmək üzərində işlədi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayan kimi Avropa Rusiya enerji resurslarından sürətlə və qətiyyətli bir şəkildə üz döndərdi.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Helsinkidə finlandiyalı siyasi ekspertlərin qarşısında Ukrayna müharibəsi mövzusunda çıxış edərkən deyib.

“Berlin "Şimal Axını"nı dayandırdı. Müharibədən əvvəl Avropa qazının 37 faizi Rusiyadan idxal olunurdu, lakin bir ildən az müddətdə Avropa bu idxalı yarıdan çox endirdi. 2022-ci ildə Avropa enerjisinin beşdə birini günəş və küləkdən emal etdi”, - o qeyd edib.

Blinkenin sözlərinə görə, ABŞ Avropadakı tərəfdaşları üçün idxal etdiyi qazın həcmini iki dəfə artırıb: “Bizim Asiyadakı tərəfdaşlarımız Koreya və Yaponiya da Avropaya qaz ixracını artırdı. G7 səviyyəsində qəbul etdiyimiz neftin qiyməti ilə bağlı hədd beynəlxalq bazarda Rusiya neftinin qiymətini aşağı saldı və bu, Rusiyanın gəlirlərini azaltdı. İşğaldan bir il keçməmiş Rusiyanın neft satışından gəliri 43 faizə qədər azaldı və ən əsası Moskva Avropada itirdiyi bazara geri qayıda bilməyəcək”, - Blinken vurğulayıb.



Xəbərin oxunma sayı : 694




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap