Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Moskva prosesə qoşulubsa, demək...

Tarix 28.12.16, 16:56

Font ölçüsü : - / +
bitmap-img6


Suriya ilə bağlı sülh danışıqlarının keçirilməsi artıq müsbət haldır


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Astana sammiti Suriya problemini tam şəkildə həll etməsə də, dolayı yolla prosesləri müsbət məcraya yönəldə bilər:

“Rusiya, İran və Türkiyənin hər birinin Suriyada özəl məqsədi var. İran Rusiyanı özünə müttəfiq seçməklə Səudiyyə və Qətərdən sığortalanmağa çalışır, Türkiyənin əsas marağı sərhədləri yaxınlığında Kürdüstan dövlətinin yaradılmasının və bu prosesdə məhz PKK-nın silahlı qanadı olan PYD-dən istifadə edilməsinin qarşısını almaqdır, Rusiya isə Yaxın Şərqdə nüfuz savaşı aparır. Əgər Moskva bu prosesə qoşulubsa, demək, regional nüfuzunu yenidən bərpa etmək üçün qarşıda müvafiq addımlar atacaq. Astana sammiti fonunda Suriya ilə bağlı sülh danışıqlarının keçirilməsi artıq müsbət haldır. Lakin bu, o demək deyil ki, böhran tam şəkildə çözüləcək. Çünki Suriya təkcə Hələbdən ibarət deyil, qarşıda İŞİD-in mərkəzi Rakka var, Əl Bab isə problemli zona olaraq qalmaqdadır. Zənnimcə, Suriya prosesləri uzanacaq və ABŞ prezidentinin inaqurasiyasından sonra Vaşinqtonun xarici siyasətdə götürəcəyi istiqamət bölgədəki vəziyyəti yenidən dəyişə bilər”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada Suriya böhranının həll edilməsi üçün siyasi proseslərin sürətləndirilməsi ilə bağlı ortaq bəyannamə qəbul ediblər. Həmçinin Rusiya və Türkiyə prezidentləri Suriya müxalifəti ilə hökuməti arasında danışıqların Astanada keçirilməsi barədə razılaşıblar.

Rəsmi Astana isə tərəflərin bu təklifini dəstəkləyib.



Xəbərin oxunma sayı : 217




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap