Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Mosul düyünü”

Tarix 11.11.16, 2:09

Font ölçüsü : - / +
bitmap-img6


Ordu Mosulda irəliləyə bilmir, könüllülərin hücumunu isə ABŞ əngəlləyir, hər şey İbadinin qərarından asılı olacaq.

İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi əməliyyatı davam edir. Yerli mətbuatın məlumatına görə, hazırda əsas fəallıq Mosul ətrafında təmizləmə aparan “HşdiŞabi” güclərinə məxsusdur. Son olaraq könüllülərin Mosulun Suriya ilə rabitəsinin əsas hissəsini təşkil edən yolun, Mosulun qərbindəki bölgələrin 60 faizini təmizlədiyi bildirilir. 

Son olaraq “HəşdiŞabi” birliklərinin türkmən şəhəri Telaferi mühasirəyə aldığı və şəhəri azad etmək üçün baş nazir Heydər İbadidən əmr gözlədiyi haqda məlumat yayılıb. “Fars” Xəbər Agentliyinə açıqlama verən könüllü qüvvələrin komandirlərindən Həsən əs-Sari bildirib ki, Telafer əməliyyatı üçün hazırdırlar. 

Qeyd edək ki, Telafer Mosuldan 50 km məsafədə yerləşən türkmən şəhəridir. Şəhər 2014-cü ildə bir müddət müqavimət göstərdikdən sonra İŞİD-in əlinə keçib. İraq ordu qüvvələri xəyanət nəticəsində çəkildikdən sonra yerli türkmənlər silahlı dəstələr yaradaraq İŞİD-ə müqavimət göstərməyə çalışsa da, çoxlu sayda itki verdikdən sonra şəhər təslim olub.
Telaferin azad edilməsi üçün HəşdiŞabi qüvvələri əvvəlcə ətrafdakı qəsəbə və kəndlərin böyük qismini azad edib, hazırda Telafer mühasirə vəziyyətindədir. “HəşdiŞabi” komandiri deyib ki, bölgədə yerli xalq könüllü qüvvələrlə əməkdaşlıq edir və İŞİD-in qaçan üzvlərinin gizli yolları aşkar edilir.

Ancaq məlum olub ki, Vaşinqton “HəşdiŞabi”nin Mosul əməliyyatı və Telaferin azad edilməsində iştirakına qarşıdır. ABŞ rəsmiləri İraq hökumətinə təzyiq edərək könüllülərin əməliyyatlardan kənarlaşmasını istəyiblər. Gələn bilgilərə görə, əməliyyatın yubanmasının əsas səbəbi məhz budur. 

Məsələ ondadır ki, ABŞ və Türkiyə hakimiyyəti könüllü hərbi birliklərin Mosul əməliyyatına qatılmasına qarşıdır. Ankara bunu məzhəb amili ilə izah edir, əsasən şiələrdən ibarət olan könüllülərin Mosula daxil olmasının sünnilərə qarşı zorakılıqlara səbəb olacağını bildirir. ABŞ isə eyni zamanda “HəşdiŞabi” üzərində İranın təsirinə görə bu qüvvələrin əməliyyatda iştirakına, İraqın şimalında gücə çevrilməsinə qarşıdır. 

Çünki hazırda İraq ordusundan daha güclü və savaşçı qrup “HəşdiŞabi”dir. İraqda əməliyyata qatılan kürd peşmərgələri, İraq ordusu, polis və sünni tayfa silahlıları ilə müqayisədə “HəşdiŞabi” (bir neçə ayrı qruplardan ibarətdir – K.R) daha güclü və savaşçıdır. Ankara və Vaşinqtonla yanaşı Ərbildəki kürd administrasiyası da “HəşdiŞabi”nin Mosulun azad edilməsində iştirak edib bölgəyə yerləşməsini istəmir. Çünki belə olarsa Bərzaninin Kürdüstan arzuları çətinləşəcək. Bu səbəbdən də indi “HəşdiŞabi” İraqın şimalında “nifaq alması”na çevrilib. 

“HəşdiŞabi” indi İraq mərkəzi hökumətinin əsas “vuran qolu”na çevrilib. Ancaq Bağdad hökumətinin İŞİD sonrası Mosula yerləşdirilməsi kürdlərlə yanaşı digər ölkələrin də marağına cavab vermir. Beləliklə, Qərb və körfəz ərəb mediası Mosula hücum edən İraq ordusu faktiki olaraq irəliləyə bilmir. Ordu üçün hətta ələ keçirdiyi məntəqələri qoruyub saxlamaq çətinləşib. Üstəlik peşmərgə və son iki ildə ABŞ və Türkiyə ordusunun yetişdirdiyi kürd və sünni tayfa silahlılarının da Mosulda hansısa uğura imza atması haqda məlumat yoxdur. Ümumiyyətlə. Son həftələrdə yalnız Başika qəsəbəsinə girməsi haqda məlumat yayılıb. Ancaq Başika Mosuldan çox uzaqdır və belə görünür ki, kürdlər Mosula girmək istəmir, İraq ordusunun Mosulda İŞİD-lə toqquşmada zəifləməsinigözləyirlər. 

Bağdadın indi yeganə ümid edəcəyi qüvvə “HəşdiŞabi”dir, onu da xarici ölkələr əngəlləyir. İndi İbadinin qarşısında çətin seçim var: Ya bütün xarici təzyiqləri göz önünə alıb könüllü qüvvələrlə Mosula hücum edəcək, ya da ordu Mosul bataqlığında ilişib qalacaq, yaza qədər İŞİD-i  qoruyacaq və İraq ordusunun imici yenidən sıfıra düşəcək. 

Bu gedişatda kürd və yerli tayfa qüvvələrinin Mosula hücum etməsi də istisna edilmir. Bütün hallarda Bağdadın Mosul üzərində nəzarəti ələ alması mümkün olmayacaq. İndi hər şey İbadinin verəcəyi qərardan asılıdır, ümumilikdə İraqın gələcək taleyini də Mosuldakı əməliyyatlar müəyyən edəcək. Mərkəzi hökumət – ordu Mosulda məğlub olsa və şəhəri kürdlərlə yerli qüvvələr ələ keçirsə, Bağdaddakı hökumətin İraq üzərindəki suverenliyi itəcək. Görünən odur ki, indiki mərhələdə Qərbə də zəif Bağdad və güclü yerli idarəçilər lazımdır. (musavat.com)

Kənan



Xəbərin oxunma sayı : 121




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap