“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ümrə ziyarətinə icazə verildi - Tələblər açıqlandı

Tarix 06.04.21, 13:46

Font ölçüsü : - / +
bitmap-img6


Ramazan ayından etibarən yalnız yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış insanların Ümrə ziyarətinə icazə veriləcək.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı Krallığını Həcc və Ümrə Nazirliyi müvafiq qərar verib.

Qərara əsasən, Ramazan ayının başlaması ilə COVİD-19-a qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış şəxslər Ümrə ziyarəti üçün qəbul ediləcək.

Ümumilikdə Ümrə ziyarəti üçün qəbul ediləcək şəxslər 3 kateqoriyaya ayrılacaq.

Birinci kateqoriyaya koronavirusa qarşı peyvəndin hər iki dozasını vurduranlar, ikinci kateqoriyaya peyvəndin birinci dozasının vurdurulmasının üzərindən ən azı 14 gün keçənlər, üçüncü kateqoriyaya isə COVİD-19-a yoluxub sağalanlar daxildir.

Bu kateqoriyalara aid şəxslər Məkkəyə daxil ola və Ümrə ziyarətlərini həyata keçirə biləcəklər.

Bu tələblər Mədinədə yerləşən Həzrəti Məhəmməd məscidinə ziyarətlərə də şamil edilir.

Qeyd edək ki, Həcc ziyarətindən fərqli olaraq Ümrə ziyarəti ilin istənilən vaxtında həyata keçirilə bilər.



Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap