Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“MSK-nın çox dəqiq və sistemli işini görürük” – MDB PA missiyasının rəhbəri

Tarix 11.04.18, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri, Rusiyanın Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanovun başçılığı ilə Azərbaycan prezident seçkilərində səsvermə prosesini izləməyə başlayıb.

APA-nın məlumatına görə, 29 saylı seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İ. Umaxanov Azərbaycan xalqını vacib siyasi hadisə, ölkə prezidentinin seçilməsi ilə bağlı təbrik edib.

“MDB PA-dan olan beynəlxalq müşahidəçilər kimi seçki komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə günü-gündən yaxşılaşır, həmçinin ölkə qanunvericiliyi, xüsusilə seçki qanunvericiliyi mükəmməlləşir. Açıq, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına, o cümlədən müxalifətin maraqlarına xidmət etmək istiqamətində mükəmməlləşir. İnsanlar seçkilərə yaxşı əhval-ruhiyyə ilə gəlir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini stabil, çiçəklənən, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, – deyə o vurğulayıb.




Xəbərin oxunma sayı : 295




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap