Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ümumi kredit portfelinin yarıdan çoxu 4 bankın payına düşüb – Sahibləri kimdir?

Tarix 10.11.22, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 19 milyard 157,2 milyon manat olub.

Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, kredit portfelində biznes kreditlərinin payı 56,3% və ya 10 milyard 780,9 milyon manat olub. Bundan başqa kreditlərin 5 milyard 601,6 milyon manatını istehlak kreditləri, 2 milyard 774,7 milyon manatını isə ipoteka kreditləri təşkil edib.
Onu da bildirək ki, kredit portfeli 1 milyard manatdan çox olan 4 bank var. Bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC (3 milyard 256,7 milyon manat), “Kapital Bank” ASC (2 milyard 855,2 milyon manat), “PAŞA Bank” ASC (2 milyard 620,5 milyon manat) və “Xalq Bank” ASC-dir (1 milyard 550,1 milyon manat).
Ölkədə fəaliyyət göstərən 26 bankın ümumi kredit portfelinin 53,7%-i və ya 10 milyard 282,5 milyon manatı adları qeyd olunan 4 bankın payına düşüb.
Qeyd edək ki, kredit portfeli 1 milyard manatdan çox olan bankların səhmdarları aşağıdakı kimi olub:

BanklarSəhmdarlarPayı
“Azərbaycan Beynəlxalq Bankı” ASCMaliyyə Nazirliyi92,56 %
Əmlak Məsələləri Dövlət Komitəsi 3,81 %
“Aqrarkredit” QSC0,23 %
Hüquqi şəxslər0,34 %
Fiziki şəxslər3,06 %
“Kapital Bank” ASC “Paşa Holdinq” MMC99,87 %
Fiziki şəxslər0,13 %
“Paşa Bank” ASC“Paşa Holdinq” MMC56,8195 %
“Bless” MMC28,1796 %
Arif Paşayev9,9944 %
Mir Camal Paşayev5,0066 %
“Xalq Bank” ASC“İdeal Biznes Ko” MMC50 %
“Yevro Standar” MMC33,85 %
“AMAL İnvest Qrup” MMC16,15 %





Xəbərin oxunma sayı : 793




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap