Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Murov Qartalı”nın yadigarı: “Azərbaycan ordusu yeni tarix yazır”

Tarix 29.09.20, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Hər birimizin arzusu budur ki, əzizlərimizin uğrunda can verdikləri torpaqlarımızı azad görək. İllərdir şəhid ailələrinin bir gözü ağlayır, bir gözü gülür.

Bu sözləri Oxu.Az-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçərək işğaldan azad etdiyi kəndlərlə bağlı təəssüratlarını bölüşərkən deyib.

O bildirib ki, hər bir şəhid ailəsinin arzusu Azərbaycanı azad, bütöv görməkdir: “Bu gün Azərbaycanın igid oğulları tarix yazırlar. Bu artıq vətən uğrunda müharibədir. Hamımız bu tarixi günlərin şahidiyik. Azərbaycanın işğal altında olan torpaqlarının düşmənlərdən azad olunması istiqamətində hər birimiz bir nəfər kimi birlikdəyik. Biz əminik ki, bu qələbə ilə bitəcək. Xalq olaraq illərdir bu günü gözləyirik və zəfər bizim haqqımızdır.

Neçə ildir biz beynəlxalq təşkilatların bu məsələni sülh yolu ilə həll edəcəyini gözləyirik. Lakin mümkün deyil, bunun bir daha şahidi olduq. Böyükdən-kiçiyə torpaqlarımız uğrunda müharibəni bir nəfər kimi qəbul edirik. Vətənsiz insan olmaz”.

S.Orucova onu da əlavə edib ki, hər kəs bir nəfər kimi əlindən gələni vətənindən əsirgəməməlidir: “Hər kəs öz bacarığı ilə Ordumuza dəstək olmalıdır. Döyüş varsa, müharibə varsa şəhidlərimiz olacaq, bu qaçınılmazdır. Amma biz şəhidlərimizi layiqincə qarşılayıb dəfn etməliyik. Şəhid ailələrini bağrımıza basmalıyıq. Xalq olaraq xəyal etdiyimiz gələcək, bütöv Azərbaycanın təməlini qoyanlar bu igidlərimiz olacaq. Onlar zəfər şəhidləridir.

Raquf Orucovun ailəsi kimi mən dörd ildir onun qisasının alınmasını gözləyirdim. Ötən gün Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunmasını eşidib çox sevindim. Raqufu “Murov qartalı” adlandırırdılar. Onun kəşfiyyat həyata keçirdiyi, döyüş yolu keçdiyi Murov zirvəsi artıq bizimdir. İnşallah biz Ağdamın və digər hər qarışı əziz olan, əvəzolunmaz olan torpaqlarımızın hər qarışının azad olunmasının xəbərini alacağıq. Allah Ordumuzu qorusun”.



Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap