“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var“ - İdarə rəisi

Tarix 21.07.24, 17:19

Font ölçüsü : - / +
bitmap-img6


Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var.

Bunu “Report”un Şuşaya ezam olunan müxbirinə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, II Qlobal Media Forumunda Prezident İlham Əliyev də bildirib ki, hətta onun adından da feyk xəbərlər, videomüraciətlər hazırlanıb:
Ətraflı

“Prezidentin son illər fəaliyyəti, dünyada nüfuzunun artması onu da dələduzların istifadə edəcəyi nüfuzlu şəxslər siyahısına daxil edib. Bildiyiniz kimi, dörd gün bundan əvvəl saxta səhifə hazırlanıb, Prezident İlham Əliyevin ailə üzvlərinin adından investisiya yatırımları ilə bağlı saxta məlumat yayılmışdı. Bu kampaniya da tərəfimizdın aşkarlandı və müvafiq qurumlarla birgə ölkə ərazisində fəaliyyəti dayandırıldı”.

T.Məmmədov qeyd edib ki, təmsil etdiyi dövlət xidmətinin fəaliyyət istiqamətlərindən biri də feyk xəbərlərin yoxlanılması, ümumiyyətlə dezinformasiya, kiberdələduzluq halları, dövlət strukturları, rəsmi şəxsləri hədəfləyən dələduzluq hallarının aşkarlanması, monitorinqi, araşdırılmasıdır.

“Biz də öz tərəfimizdən belə saxta məlumat və videoların dərhal aşkarlanması, bloklanması, mümkün qədər az auditoriyaya çatdırılması, vətəndaşları qorumaq məqsədilə aktiv fəaliyyət göstəririk”, – o vurğulayıb.



Xəbərin oxunma sayı : 526




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap