Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ən maraqlı 5 toy ənənəsi: Gəlin hər gün 1 saat ağlamalıdır

Tarix 31.10.21, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu toy ənənələri sizi həm təəccübləndirəcək, həm də güldürəcək.

Çindən Hindistana qədər 5 fərqli ölkənin ən maraqlı toy ənənələrini təqdim edirik:

İsveç

Əgər isveçli biri ilə evlənəcəksinizsə, toy günü bütün qısqanclığınızı bir kənara qoymağa hazır olmalısınız. Niyə? İsveçlilərin ənənəsinə görə, gəlin nə zaman yerindən qalxıb makiyajını təzələmək üçün otağına gedərsə, toydakı bütün qadınlar bəyi öpməkdə sərbəstdirlər. Hələ də davam etdirilən bu qeyri-adi ənənə gəlinlərin səbr həddini aşırır.

İrlandiya

İrlandiyanın toy ənənəsi isə gəlin üçün bir qədər cəlbedici, eyni zamanda da çətindir. Ənənəyə görə, bəylə gəlin rəqs edərkən, gəlin ayaqlarını yerdə saxlamalıdır. İrlandiyalı rəqqasların fikrincə, gəlin ayağını yerdən qaldırsa, şər pəriləri onu aparacaq.

Çin

Çinin Tujia bölgəsindəki toy ənənəsi indiyə qədər eşitdiklərinizi unutdura bilər. Bu bölgədə yaşayan çinli gəlinlər toya 1 ay qalmış hər gün 1 saat fasiləsiz ağlayırlar. 10 gündən sonra ağlamaq ənənəsinə gəlinin anası da qoşulur. 10 gün sonra gəlinin nənəsi bu ənənəni davam etdirir. Bir ayın sonunda ailənin bütün qadınları gəlinin ətrafında ağlamağa başlayır. Bütün qadınların nəğməni xatırladan fəryadı sevincin ifadəsi kimi qiymətləndirilir.

Fransız Polineziyası

Fransız Polineziyasının Markiz adasındakı toy ənənəsi olduqca maraqlıdır. Ənənəyə görə, gəlinin yaxın qohumları üzü üstə yerə uzanır, bəylə gəlin qohumların üstündən keçirlər.

Hindistan

Hindistanın maraqlı toy ənənəsi "Joota Chupai" adlanır. Bəy "Bəli” deməzdən əvvəl ayaqqabılarını çıxarmalıdır. Bəyin ailəsi gəlinin ailəsinin ayaqqabıları götürüb saxlamasına mane olmağa çalışır. Bu ənənə ailələr arasında əyləncəli rəqabətə çevrilir.//Lent.az 



Xəbərin oxunma sayı : 388




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap