Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ən yaxşı bombardirlərin siyahısı açıqlanıb – İFFHS

Tarix 02.01.20, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bir neçə gün əvvəl başa çatan 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahılarını açıqlayıb.

Üç müxtəlif nominasiya üzrə ən məhsuldar oyunçunu müəyyənləşdirib.

Milli çempionatlarda ən çox qol vuran futbolçu adına Abdelrazak Hamdallah layiq görülüb. O, “Əl-Nəsir” klubunun heyətində 53 qol vurub. Robert Levandovski (“Bavariya”) və Karlos Vela (“Los Anceles”) hərəyə 38 qol vuraraq 2-3-cü yerləri bölüşüb.

Beynəlxalq səviyyəli turnirlərin ən yaxşısı Kriştianu Ronaldo olub. O, milli komanda və qitə kuboklarındakı qol sayında 1-ci yeri tutub. Hesabında 21 top olan bombardir Portuqaliya millisində 14, “Yuventus”da 7 qola sevinib. BƏƏ yığmasında 19 qol vuran “Əl-Cəzirə”nin hücumçusu Əli Mabhut 2-cidir. İngiltərə millisində 12, “Tottenhem”də 7 dəfə fərqlənən Hari Keyn ilk “üçlüy”ü qapayır.

Beynəlxalq səviyyəli qollara 2, milli çempionatlardakı toplara görə 1 xalın hesablandığı ümumi sıralamada Robert Levandovski hamını arxada qoyub. Polşalının 70 (38+16×2) xalı var. Argentinalı Lionel Messi 63 xalla (37+13×2) 2019-cu ilin ikincisi olub. Mərakeşli Abdelrazak Hamdallah 3-cü yerlə kifayətlənib – 61 xal (53+4×2). (apa)



Xəbərin oxunma sayı : 235




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap