Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İnam Kərimov daha bir xanıma yüksək vəzifə verdi –KTN-də yeni təyinatlar

Tarix 23.07.19, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Kənd təsərrüfatı naziri İnam Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin (İH) üzvlərinin təyin olunması barədə əmr imzalayıb.

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, əmrə əsasən, səhmdar cəmiyyətinin sədri vəzifəsi “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədovaya həvalə olunub.

Rəşad Babayev və Sərxan Sərxanov isə İH-nin üzvləri təyin ediliblər.

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 4-də “Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsini təsdiqləyib. Nizamnaməyə əsasən, yeni quruma ümumi rəhbərliyi və nəzarəti 3 nəfərdən ibarət İH həyata keçirir. İH-nin sədrini və digər üzvlərini nazir vəzifəyə təyin və vəzifədən azad edir.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manat, hüquqi ünvanı isə KTN ilə eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80-dir (Hökumət Evi).

Report



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap