Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İnam Kərimov həbsdəki tələbə yoldaşının xahişini rədd edib: “Mən səndən yana ağız aça bilmərəm“

Tarix 07.08.19, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


"Bayaq İnam Kərimovla bağlı bir xəbər oxudum. Etiraf edim ki, təəccüblənmədim. Səbəbini də yazacam.  İnamın tələb yoldaşı bizimlə birlikdə həbsdəydi. Mənim qonşu kəndçim idi. Atasını tanıyırdım. Özü yaşda məndən balacaydı deyə bir o qədər tanışlığım yox idi".

AzFakt.com xəbər verir ki, bunu jurnalist Fikrət Fərəməzoğlu sosial çəbəkədəki səhifəsində yazıb.

 O bildirib ki, həmin cavan oğlan bir nəfərlə ticarət işində zərərə düşüb, şəriki də ondan şikayətçi olub deyə həbs edilib: "Ən qəribəsi də o idi ki, bu oğlandan şikayət edən keçmiş şəriki həftədə bir dəfə ona bazarlıq edərək, gətirirdi. 

Həmin oğlanla İnam Kərimovla təkcə tələbə yoldaşı olmayıblar, həm də ailəvi dostluq ediblər. Nazir mənim qonşu kəndçimin ailəsinə hər ay dolanışıq üçün bir miqdar pul da göndərirmiş. 

Günün birində bu oğlan İnama zəng edib, işi ilə bağı xahiş edib ki, bəs, "Mənim evimə köməklik edirsən, qardasıma yardım göstərirsən, balalarımın qayğısına qalırsan, bunlara görə çox sağ ol. Bunları edincə, bircə kəlmə məhkəməylə danış, mənə şərti iş versinlər, sənin də, mənim də canım qurtarsın”. 

İnam da telefonda ona deyib ki, "Fakt odur ki, sən özünlə yanaşı, başqasına da ziyan vurmusan. Qanun nə deyirsə, o da olsun. Sənə görə ağız açmayacam. Qaldı balalarına, onlara görə narahat olma, mən axıra kimi onlara yardım edəcəm”.

Xatırladaq ki, ötən gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 








Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap