Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İnam Kərimovun nəzər-diqqətinə... - Salyanda vaksinlər aptekdə satdırılır

Tarix 14.08.18, 0:54

Font ölçüsü : - / +
bitmap-img6


Salyandan bir qrup sakin Azeuronews.com-a göndərdiyi məktubda rayonun Baytarlıq Xidmətindən narazılığını bildirib.

Əsasən fermerlər şikayətlənirlər ki, son günlərdə heyvanlararasında yayılan xəstəliklər onların tələf olması ilə nəticələnir: “Biz heyvandarlıqla məşğul olan fermerlər Salyanda baytar həkim tapa bilmirik. Dövlətin verdiyi vaksinlər bir kənara, öz pulumuzla aldığımız dərmanlarla heyvanlarımızı müalicə edən baytar həkim də tapa bilmirik. Biz indiyə kimi Salyan rayon baytarlıq idarəsinin mövcudluğunu hiss etməmişik. Şirvan şəhərindən Ramil Əmrahov adlı birini gətirib Salyana baytarlıq idarəsinə müdir qoyublar, oda öz işindən başqa hər işlə məşğuldur. Bildiyimizə görə, heyvanlarımıza dövlətin ayırdığı vaksinləri Şirvanda şəxsi baytarlıq aptekində satdırır. 

Baytarlıq idarəsinin rəisinin yerində olmaması xidmətin Salyanda iflic vəziyyətə düşməsinə səbəb olub. Salyanın mərkəzi ilə yanaşı kənd baytarlıq məntəqələridə iflic vəziyyətdədir. Məsələn, Qaraçala baytarlıq xidmətində bacı qardaş işləyirlər. Baytar həkim Xilqət Orucov və bacısıdır. Xilqət Orucov orta məktəbin 11-ci sinifini güclə bitirib. Hardansa sonradan diplom alıb və həkim işləyir. Bu adam əzab əziyyətlə saxladığımız heyvanlara necə qulluq edə bilər? Kolanı baytarlıq məntəqəsinin həkimi Fəxrəddin Eyyubovun isə 70 yaxın yaşı var. Yanında işləyən ferşil isə oğlu Niyaməddin Eyyubovdur. Ümumiyyətlə baytarlıq sahəsindən anlayışları yoxdur. Bəşirbəyli kəndində baytarlıq məntəqəsinin həkimi Elşad Sahibovdur. 

Bakıda yaşayır və aylarla, illərlə kəndə gəlmir. Yolüstü, Varlı, Kürsəngi kəndlərində baytarlıq məntəqələri olsada qapıları bağlıdır həkim, ferşilləri yoxdur. Biz Salyanlılar bu faktları, bu biabırçılığı xahiş edirik kənd təsərrüfatı naziri İnam Kərimovun diqqətinə çatdırasınız. Biz dözülməz vəziyyətdəyik. Heyvanlarımız tələf olub gedir. Dəfələrlə Baytarlıq xidmətinə şikayət etsəkdə, xidmətin sabiq rəisi Azər Süleymanov Ramil Əmrahovu müdafiə edərək dözülməz vəziyyətlə bağlı heç bir tədbir görməmişdi. Biz yeni kənd təsərrüfatı naziri İnam Kərimova və baytarlıq xidmətinin yeni rəisi Bayandur Rzayevə inanıb sizin vasitənizlə müraciət edib xahiş edirik. Biz sadə salyanlılara yazığınız gəlsin, imkan verməyin mal qaramız tələf olub getsin”.

Mövzu ilə bağlı Salyan rayon Baytarlıq Xidməti ilə əlaqə saxlamaq cəhlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. 



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap