“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

Tarix 20.09.19, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


“Nar”-ın baş sponsorluğ ilə ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 14-cü mövsümü start götürür. Təhsilə, elmə və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”, artıq 7 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 34 komanda qoşulacaq. Yarış hər həftənin bazar günü saat 20:00-də İctima Televiziyada yayımlanacaq. İlk oyun sentyabrın 22-si start görütəcək və yanvarın əvvəlinə qədər davam edəcək.

“11 universitet və 15 region komandası da daxil olmaqla bütün komandaların bir məqsədi var. O da qalib gəlmək. İlk efirə çıxdığımız gündən verilişdə çox şey dəyişdi. Neçə yeni komanda yarandı, neçə güclü komanda dağıldı və hətta bu il studiyamız da dəyişdi. 7 ildə dəyişməyən Baş Sponsorumuz “Nar”a təşəkkür edirik!”, deyə “Breyn Rinq” yarışının aparıcısı DJ Fateh bildirib.

Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunun qalibi ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Brain Ring 2019” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

Hər il olduğu kimi bu il də müsabiqə izləyiciləri üçün “Nar”-ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçiriləcək. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən şəxs “Nar” tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılacaq.

Qeyd edək ki, “Nar” gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif intellektual oyunları dəstəkləyir.



Xəbərin oxunma sayı : 454




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap