Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

Tarix 23.07.19, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Ölkənin ən güclü 4G (LTE-A) şəbəkələrindən birinə malik olan "Nar” mobil operatoru 21-27 iyul tarixlərində paytaxtımızda baş tutan "XV Avropa Gənclər Yay Olimpiya Festivalı” müddətində 48 ölkəni təmsil edən gənc atletlərin, eyni zamanda festival tamaşaçılarının telekommunikasiya tələblərinə tam şəkildə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin edilməsi işlərini başa çatdırıb.

Mobil operator "EYOF 2019” tədbirinin tələblərinə cavab vermək, həmçinin olimpiya həyəcanını sosial şəbəkələrdə paylaşmaq istəyən tamaşaçıları yüksəksürətli internetlə təmin etmək məqsədilə təyin olunmuş ərazilər üzrə mobil rabitə şəbəkəsində təhlilləri tamamlayıb. Yarış ərazisi və tədbir məkanlarında müştərilərin tələbləri nəzərə alınaraq mobil rabitə şəbəkəsində tutum əhəmiyyətli dərəcədə genişləndirilib, istifadəçilər üçün yüksəksürətli 4G (LTE-A) texnologiyalı mobil internetdən istifadə imkanları yaradılıb. "Nar” ziyarətçilərin sayının çoxluq təşkil edəcəyi məkanlarda telekommunikasiya xidmətlərindən sabit istifadənin təmin edilməsi üçün müvafiq ərazilərdə mobil baza stansiyası quraşdırıb. Qeyd edək ki, mobil rabitə şəbəkəsinin təhlili və dayanıqlığının təmin edilməsi işləri xüsusi ilə oyunların baş tutacağı 13 yarış ərazisi və paralel olaraq qeyri-yarış ərazilərində həyata keçirilib.

"Nar” əməkdaşları 24/7 rejimində şəbəkəyə nəzarət edərək yarışların keçiriləcəyi məkanlarda mobil rabitə şəbəkəsinin stabilliyini təmin edəcək və şəbəkə istifadəçilərinə dəstək olacaqlar. "Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, yaranan hər hansı bir sualla bağlı "Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2.4 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap