Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir – FOTO

Tarix 19.04.18, 2:33

Font ölçüsü : - / +
bitmap-img6


18 aprel 2018-ci il tarixdə imzalanmış əməkdaşlıq razılaşması ilə “Nar” və ADA Universiteti mövcud əməkdaşlığı genişləndirməyə qərar verdilər. Nəzərdə tutulmuş layihələr arasında yüksək nəticələr göstərən tələbələrə dəstək üçün ADA Universiteti Fondu ilə əməkdaşlıq, startap layihələri dəstəkləyən ADA İnnovasiya Mərkəzi ilə tərəfdaşlıq, ADA-nın tələbə və məzunları üçün karyera və staj imkanlarının təklif edilməsi, Universitetin ixtisasartırma proqramlarına “Nar” operatoru əməkdaşlarının cəlb edilməsi kimi tədbirlər mövcuddur.

Razılaşmanın imzalanma mərasimində “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke ADA Universiteti ilə əməkdaşlığın “Nar”-ın irimiqyaslı korporativ sosial məsuliyyət layihələrinin reallaşdırılması baxımından böyük perspektivlər vəd etdiyini bildirdi.

“Mən inanıram ki, bu məhsuldar tərəfdaşlıq platformu ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə və yeni innovativ layihələrin inkişafına böyük töhfə verəcəkdir”, – deyə cənab Panke qeyd etdi.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə elm və təhsil layihələrinin “Nar”-ın sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirildiyi üçün mobil operator nümayəndələrinə minnətdarlığını bildirdi: “ADA-nın təklif etdiyi karyera yönümlü müasir akademik proqramlar nəzəriyyə ilə təcrübəni bir araya gətirir. Bu mənada, “Nar”-ın öz sahəsi üzrə geniş təcrübəyə malik peşəkarlarının tələbələrimizlə quracaqları ünsiyyətin böyük fayda verəcəyinə biz də inanırıq”.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.

“Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri kimi təhsil və maariflənmənin inkişafına dəstək çərçivəsində təhsil müəssisələri və müvafiq qurumlarla tərəfdaşlıq münasibətləri qurub, tələbələr üçün həvəsləndirici aksiyalar keçirib, müxtəlif bilik müsabiqələri və intellektual yarışların sponsoru qismində çıxış edib.

“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.







Xəbərin oxunma sayı : 382




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap