Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Nar” hesabat verdi -Aktiv abunəçi bazası 13% artıb

Tarix 13.03.19, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ən gənc mobil operatoru “Nar Mobile” 12 il ərzində əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunları ilə bağlı hesabat açıqlayıb.  

AzFakt.com-un məlumatına görə,bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. 47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb.

“Nar”ın göstərdiyi xidmət və sərfəli qiymət sayəsində son 1 ildə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub.Bununla da “Nar”  2018- ci ildə ən çox istifadəçi artımı olan mobil operator olaraq səciyyələnir. 

Şirkətin baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində “Nar”ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib: 

- “Nar” olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700–dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq.

Şirkət rəhbəri deyib ki, 2017-ci il ilə müqayisədə satış üzrə 17% artım müşahidə olunub.  Mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib. 

Şirkətin investisiyalarının bir hissəsi şəbəkənin inkişafına, digər hissəsi isə əməliyyat xərclərinin ödənilməsinə yönəldildiyini vurğulayan baş direktor  Qunnar Panke konkret rəqəm açıqlamayaraq bildirib ki, bütün mobil operatorlar üçün illik xərclər demək olar eynidir.



Xəbərin oxunma sayı : 442




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap