Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Nar“ın baş sponsorluğu ilə “Breyn Rinq“in yeni mövsümünə start verilir

Tarix 25.09.20, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar” şirkətinin baş sponsorluğu ilə yenidən start götürür.

Şirkətdən verilən məlumata görə, hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19 testindən keçməlidir.

Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsində tanış olmaq mümkündür.



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap