Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

Azərbaycanda problemi kreditlərin həlli yolları:ekspert hökumətə təkliflər ünvanladı (Təhlil)

Deputatla icra başçısı arasında “30 minlik“ qalmaqal - Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“Polis qeyri-qanuni aksiyanın qarşısını alıb” – Prezidentin köməkçisi

Səudiyyə taxtının yeni varisi kim olacaq? – 2 ssenari və 2 mümkün namizəddən biri.... - TƏHLİL

Qars-Naxçıvan dəmiryol xəttinin inşası Ermənistanı qorxuya salıb: “Türkiyə Naxçıvanda əməliyyat meydanı yaradır”

“Nar”ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

Tarix 16.05.18, 5:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda startapların formalaşması və genişləndirilməsinə xüsusi önəm verən "Nar” operatorunun dəstəklədiyi "Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli turu yekunlaşıb. 

"Imagine Cup 2018” müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqincə təqdimetmə bacarığını qiymətləndirmiş, gənc ixtiraçılara "Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

Milli Turda 9 ali təhsil müəssisəsi və "SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yerə "Ağıllı dibçək” layihəsinə görə "GardenX” komandası layiq görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil tətbiq hazırlayan "GuideAmigo” komandası tutub. Bu tətbiq vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə "KubiRub” komandası layiq görülüb. Bu komanda "Rubik kubu” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.

Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı əldə edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə komandaların layihələrini azərbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Təhsil, elm və mədəniyyətin inkişafı "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı. 



Xəbərin oxunma sayı : 397

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda