Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Nasaz avtomobillər Bakı küçələrində tıxaclar yaradır“ - BNA

Tarix 22.09.20, 10:18

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt yollarında günün pik və qeyri-pik saatlarında tıxac və sıxlıq hallarının yaranmasının bir səbəbi də nasaz nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində qalmasıdır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, son aylar bu hal özünü daha qabarıq formada göstərməkdədir.

Gün ərzində əsas nəqliyyat yükü olan küçə və prospektlərdə ən az 2-3 belə hal müşahidə olunur: "Hər bir nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması digər avtomobillərin hərəkətində ləngimələrə səbəb olur ki, nəticədə tıxac və sıxlıq halları qaçılmaz olur. Bu zaman ən çox əziyyəti isə ictimai nəqliyyat istifadəçiləri çəkirlər. Metronun fəaliyyət göstərmədiyi sərt karantin zamanı bu cür halların olması vəziyyəti daha da çətinləşdirirdi.

Ötən gün H.Əliyev və Z.Bünyadov prospektlərində, R.Behbudov küçəsində nasaz nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində qalması ilə bağl hal müşahidə olunub. Sentyabrın 20-i axşam saatlarında Bakı-Sumqayıt şossesində müşahidə olunan belə hal şimal istiqamətində şəhərə girişdə ciddi çətinliklər yaratmışdır. Eyni vəziyyət bu gün səhər də qeydə alınıb.

Bunu nəzərə alaraq sürücülərə tövsiyə edirik ki, texniki baxımdan nasaz vəziyyətdə olan avtomobillə yola çıxmaqdan çəkinsinlər. Nəqliyyat vasitəsinin texniki vəziyyətini daim nəzarət saxlasınlar".



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap